Parlament seçkisi: səsvermə başlandı

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
BBC News Azərbaycanca jurnalistləri səsvermə məntəqələrindədir və gün boyunca video reportajlar təqdim edəcəklər.
Jurnalistlərimizdən biri 8 saylı Binəqədi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində özünün "yüzbaşı" olduğunu bildirən adamla tanış olub - videonu burada izləyin: Jurnalistimiz Binəqədidəki məntəqədə "Yüzbaşı" ilə tanış olub
Hazırda 125 nəfərlik deputat yeri uğrunda 1300-dən çox namizəd mübarizə aparır.
Azərbaycanda parlamentə seçkilər majoritar qaydada keçirilsə də, bəzi müxalif partiyalar öz nümayəndələri ilə seçkiyə qatılıb.
Hakim Yeni Azərbaycan Partiyası, demək olar ki, bütün dairələr üzrə öz namizədini irəli sürüb.
AXCP və bəzi müxalif qüvvələrin birləşdiyi Milli Şura seçkini boykot edib.
Parlament seçkilərində təşviqat müddəti cümə günü başa çatıb.
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmiş, amma 1600-dən çox şəxsin namizədliyi qeydə alınmışdı.
Amma sonradan onlardan 320-yə yaxını namizədliyini geri götürüb.






