Chelsea və Arsenal azarkeşləri üçün Bakı final oyununa necə hazırlaşıb?
- Müəllif, Cəmilə İbrahimova, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca, Bakı
Video açılmırsa, YouTube-dan izləyin.
Bakıda şənbə günündən Chelsea və Arsenal tərəfdarlarına görə azarkeş festivalı başlayıb. Əraziyə giriş pulsuzdur.
Mayın 29-da Bakıda futbol həyacanı yaşanacaq, 2019-cu il Avropa Liqasının çempionu məlum olacaq. Bakı bu həyacana çoxdan hazırlaşır: paytaxtın mərkəzi yerlərində səni futbol və çempionatda qarşılaşacaq Arsenal və Chelsea-nin simvolları qarşılayır.
Qış parkı Arsenal-ın azarkeşləri, Sahil bağı isə Chelsea azarkeşləri üçün ayrılıb.
Azarkeşləri stadiona onlar üçün ayrılmış görüş yerlərindən pulsuz avtobuslar aparacaq.





