Avropa Liqası: UEFA Arsenal-a Bakıya səyahətdə kömək təklif edir

Şəklin mənbəyi, Thomas Eisenhuth/Getty
UEFA Avropa Liqasının finalına yollanan Arsenal azarkeşlərinə kömək məqsədilə ilə London klubuna əməkdaşlıq təklif edib.
Arsenal mayın 29-da Bakıdakı Olimpia Stadionunda Chelsea komandası ilə qarşılaşaq.
London klublarının hər birinə az qala 70 minlik stadionda 6 min yer ayrılıb.
Arsenal Bakıya çatmaq üçün "esktremal səyahət çətinliklərini" qeyd edərək UEFA-nın məkan seçmə meyarlarını sorğu-sual edib.
İngiltərə komandasının cümə axşamı günü verdiyi bəyanatına cavabında UEFA öz qərarını müdafiə edərək, azarkeşlərin naminə birgə işləməyi təklif edib.
UEFA-nın bəyanatında deyilir ki, final barədə qərar qəbul edilərkən "iki London klubunun qarşılaşacağı elə də çox təxmin ediləcək hadisə deyildi".

Şəklin mənbəyi, Getty Images
UEFA bildirib ki, oyunun Bakıda keçirildiyinin əlavə çətinlik yaratmasına şübhə yoxdur.
"Bakıya səfər etməkdə sizin (və Chelsea-nin) azarkeşlərin üzləşdiyi problemlərə görə dərin təəssüf hissi keçiririk", - UEFA bildirir.
- Bizim ekspertlər azarkeşlərin daha əlverişli səyahət yollarını tapmaq üçün məsələ üzərində çalışırlar. Bu sahədə sizin klubla birgə səyləri alqışlayardıq".
Bu həftə Arsenal klubu finalı Bakıda keçirmək barədə UEFA-nın qərarını tənqid edib.
"Bu məsələyə dair azarkeşlərimizdən xeyli şikayət almışıq və onların narahatlıqlarına tam şərikik", - mayın 16-da Arsenal klubunun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.
Fevral ayında UEFA iki finalçıya verilən 12 min biletin istisna olunması ilə 37500 biletin öz saytı vasitəsilə satılacağını elan etmişdir.
Biletlərin yerdə qalan hissəsi yerli təşkilatçılar, milli assosiasiyalar, yayım qurumları və digər qurumlara verilməli idi.







