Xaçmazın 4 kəndinin su dərdi: "Ağac suvarılan vaxtı su qıtlığıdır"
- Müəllif, Günel Səfərova & Cəmilə İbrahimova
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-dan izləyin.
Zivər Mirzəməmmədova əkib-becərdiyi bu çiyələk sahəsini vaxtında suvara bilmir. O deyir ki, qazancı yaxşı olduğu üçün çiyələk əkməyi seçib, amma əsas problem sudur.
Xaçmazın Qadaşoba, Müzəffəroba, Müşkür və Müşviq kəndlərinin sakinləri ərazilərini vaxtında suvara bilməməkdən gileylidirlər.
Kəndlərə gedən su xətləri yuxarıdan aşağı Qadaşoba, sonra Müzəffəroba, daha sonra isə Müşkür və Müşviq kəndlərindən keçir.
Aşağı kəndlərin sakinləri deyirlər ki, hər il yuxarı kəndlər əraziləri suvarana qədər, təxminən may ayının əvvəllərinədək, onların əraziləri susuz qalır və ondan sonra su verilişi bərpa olunur.
Bir çox sakin hər gün toplaşıb su almaq üçün Qadaşoba kəndinə getdiklərini deyirlər.
Bu vəziyyətdən Qadaşoba kəndinin sakinləri də, narazıdırlar.
Onlar suyun vaxtında kanala verilmədiyini deyir.
Bu da dörd kəndin ərazilərinin suvarmasında problem yaradır.
Meliorasiya və Su Təsərrüfatı ASC isə deyir ki, bu problem Samur çayında suyun az olması ilə əlaqəlidir.
"Samur çayı ətrafında su anbarı olmadığından suyu toplayıb saxlamaq mümkün deyil", qurum deyir.
ASC əlavə kəmərlərin bu problemi həll etməyəcəyini də bildirir.










