"Azərbaycanda zəhmətkeşlər çox pis yaşayır" - Kommunist partiyasının lideri

    • Müəllif, Səadət Akifqızı & İlkin Həsənov
    • Vəzifə, Bakı, BBC News Azərbaycanca

Video açılmırsa YouTube-dan izləyin.

Sual vaxtı YouTube proqramımızda Səadət Akifqızının bu dəfə qonağı Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi Telman Nurullayevdir.

Telman Nurullayev müsahibəsində aşağıdakıları deyib:

"Daxili siyasətdə çoxlu çatışmazlıqlar var".

"Biz qiymətlərin bahalaşması kimi məsələlərdə təkliflər veririk, ancaq hakimiyyət reaksiya vermir".

"Nə qədər demək olar ki, pensiyalar artırılacaq, amma insanlar bunu öz təqaüdlərində görmürlər".

"İnfiliasiya iki rəqəmdən artıqdır, amma 2-3 faiz deyirlər".

"Gedin bazarlarda baxın, görün qiymətlər necə artıb".

"Aldığımız malların qiymətləri Avropa standartlarına uyğundur, amma məvaciblərimiz ona uyğun deyil".

"Məndən soruşanda ki, nə qədər pensiya alırsan, cavab verə bilmirəm, utanıram".

"Cəmiyyətin gələcəyi sosializm münasibətlərindədir".

"Sağçılar indiki hakimiyyəti korrupsiyada ittham edir, bəs onlar 1992-93-cü illərdə hakimiyyətdə deyildilərmi?!"

"Biz kapitalizm sistemini dəyişmək və sosializm qurmaq istəyirik.

Telman Nurullayev hesab edir ki, müxalifət mitinqlərdə "xalqın mənafeyindən çıxış etmir", bu səbəbdən də kommunistlər onlara qoşulmurlar.

"Biz həmişə çıxışlarda deyirik ki, Azərbaycanda siyasi məhbus olmamalıdır".

"Cavan uşaqlar dustaq olmamalıdırlar və fəaliyyətlərini davam etdirməlidirlər".

"Rayonu ya bələdiyyə idarə etməlidir, ya icra başçısı".

"Seçkidə xalq dediyini deyir, amma qutudan kim çıxsa, odur".

Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsinin 1-ci katibi Telman Nurullayev
Şəklin alt yazısı, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi Telman Nurullayev