Arsenal- Qarabağ matçı: "Bu gün futbolçularımdan razı qaldım" - Qurban Qurbanov

Qarabağ - Arsenal oyunu Qarabağ Arsenal görüşü London Emirates satdium İngiltərə

Şəklin mənbəyi, PFL.AZ

Cümə axşamı günü Qarabağ komandası Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İngiltərənin Arsenal komandası ilə görüşüb.

Nəticə Arsenal komandasının xeyrinə 1-0 olub.

Qarabağ Klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra bütün futbolçularına təşəkkür edib.

"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. Arsenal qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik.

Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gündə onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".

Matç Bakı vaxtı ilə gecəyarısı Londonun Emirates stadionunda keçirilib.

Oyundan əvvəl keçirilmiş mətbuat konfransında Qurban Qurbanov "rəqibin" bu mövsümdə "çox yaxşı nəticələr göstərdiyini" vurğulayıb, Azərbaycan mediası belə yazır.

"Fərq həddən artıq böyükdür"

Rəqibin oyunda sürətə üstünlük verdiyini deyən Qurban Qurbanov, bu komanda ilə Qarabağ arasında "fərqin həddən artıq böyük olduğunu" deyib.

"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dır. Bu komandanın gücü hamıya bəllidir. Ancaq yaxşı oyun göstərməkQarabağ - Arsenal matçı: "Bu gün futbolçularımdan razı qaldım" üçün meydana çıxacağıq və çalışacağıq ki, özümüzü ən yaxşı formada göstərək", cənab Qurbanov bildirib.

Arsenal Klubunun baş məşqçisi Unai Emery isə BBC-yə açıqlamasında deyib ki, hələ Məsud Özilin belindən aldığı zədə ilə oynaya bilib-bilməyəcəyinə qərar verməyib.

Arsenal Klubunun müdafiəçisi Laurent Koscielny may ayından bəri ilk dəfə bu gün Avropa Liqasının sonuncu oyununda Qarabağla görüşdə meydana çıxacaq.

Arsenalın bazar günü Sauthempton ilə görüşündə Koscielny-nin meydana çıxıb-çıxmayacağı sualına Emery, "Bu oyunda 90 dəqiqə və ya daha az oynaya biləcəyiksə baxacağıq.

"Bu mövqedə başqa bir oyunçunu məsələn, Nacho Montrealı istifadə edə bilərik.

"Biz qərar verəcəyik, amma öncə sabahkı matç haqqında düşünməliyik, çünki biz öncə onun necə hiss etməsini bilməliyik".

Oyunu danimarkalı hakimlər idarə edəcək

Qarabağ-Arsenal oyununun idarəsi danimarkalı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorl və Heyne Serensen yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Qarşılaşmanın dördüncü hakimi Esper Dal, əlavə köməkçilər isə Yorgen Burxardt və Morten Kroq olub.

Yunanıstanlı Stavros Tritsonis hakim-inspektor, finlandiyalı Styrbjörn Oskarsson isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirib.

Beş turdan sonra E qrupuna 13 xalla "Arsenal" klubu başçılıq edir. Aktivində 10 xal olan Portuqaliyanın "Sportinq" klubu ikinci, hərəyə 3 xalı olan "Vorskla" (Ukrayna) və "Qarabağ" üçüncü və dördüncü yerləri bölüşürlər.

Ağdamlıların "Arsenal" ilə Bakı Olimpiya Stadionundakı sonuncu görüşü oktyabrın 4-də keçirilib, oyun Arsenal klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.