Püf-püf etməyin: Fil peyinindən kağız hazırlanması

Orta hesabla bir fil gündə 250 kilo ot yeyir. Bu kütlə filin həzm sistemindən keçərək 50 kilo peyinə çevrilir.
Şəklin alt yazısı, Orta hesabla bir fil gündə 250 kilo ot yeyir. Bu kütlə filin həzm sistemindən keçərək 50 kilo peyinə çevrilir.

Fil brakonyerlərini yalnız heyvanın dişi maraqlandırdığı halda, Keniyalı biznesmen John Matano üçün filin əks tərəfindən çıxanlar daha çox maraqlıdır.

58 yaşlı biznesmen fil peyinini yüksək keyfiyyətli kağız hazırlayır.

Biznesinin kəsilməməsi üçün onun ən çox arzuladığı Keniyada fillərin sağ-salamat qalmasıdır.

Bəzilərində peyindən kağız hazırlamaq ideyası xoşagəlməz qoxu assosiyası yaratsa da, şərqi Afrikada bu kiçik biznesin sahəsinin getdikcə böyüdüyü şübhə doğurmur.

Rəsmi hökümət rəqəmlərinə əsasən hazırda bu bizneslə 17 şirkət məşğuldur.

Matanonun sahibi olduğu Nampath Paper şirkətində 42 işçi işləyir,şirkətin illik gəliri 2.3 milyon Keniya şillinqi təşkil edir ($23,000).

Fil dəhlizi

Keniyanın fil peyin kağız sənayesi sahəsi 36 kvadrat kilometr olan və Mombasa şəhərindən 45 kilometr cənub qərbdə yerləşən Mwaluganje Fil Qoruğu əsasında fəaliyyət göstərir.

Tərkibində filin həzm sistemindən keçmiş ot və liflə bol olan peyin yaxşı yuyulur və təmizlənir.
Şəklin alt yazısı, Tərkibində filin həzm sistemindən keçmiş ot və liflə bol olan peyin yaxşı yuyulur və təmizlənir.

Kağız istehsalı 1994-cü ildə pilot layihə kimi başlayıb, 10 ildən sonra Matano kimi fermerlər bu işi artıq biznesə çeviriblər.

Qoruğun özü 1993-cü ildə həm fillərə, həm də 200-ə yaxın yerli fermerə kömək etmək üçün təsis edilib.

Əvvəllər fillər qonşuluqdakı hökümətə məxsus Shimba Hills Milli Qoruğundan çıxıb fermerlərin əkin sahələrini taptalayaraq yediklərinə görə tez-tez insanlarla heyvanlar arasında gərginlik yaranırdı.

Vəziyyətdən çıxış yolu qonşuluqda Mwaluganje Fil Qoruğunun yaradlması olub.

Bu işə ABŞ-ın USAID və Britaniyanın Born Free Foundation heyvanlara yardım xeyriyyə cəmiyyəti tərəfindən maliyyə yardımı edildi.

John Matano-nun biznesi inkişaf etməkdədir.
Şəklin alt yazısı, John Matano-nun biznesi inkişaf etməkdədir.

Razılığa görə, məhv edilmiş əkin sahələrinə görə yerli fermerlərə turizm fəaliyyətindən əldə edilən gəlirdən kompensasiya ödənilir.

Shimba Hills Milli Qoruğu ilə 100 kilometr qərbdə yerləşən Tsavo West və Tsavo East milli parkları arasında fillərin sərbəst hərəkət etməsi üçün fermer torpaqlarının bir hissəsi hesabına "fil dəhlizi" də yaradılıb.

Fil peyinini satmaqdan və kağıza çevirməkdən başqa, fermerlər layihə çərçivəsində eləcə d, arıçılıq və digər növ kənd təsərrüfat biznesi ilə məşğul olmağa həvəsləndirilirlər.

Yaşıllığın qorunması

John Matano-nun sözlərinə görə, fil peyinindən kağız hazırlanması "asan bir işdir".

Tərkibində filin həzm sistemindən keçmiş ot və liflə bol olan peyin əvvəlcə yaxşı yuyulur və təmizlənir.

Bu kağız məhsulu fil peyinindən hazırlanıb
Şəklin alt yazısı, Bu kağız məhsulu fil peyinindən hazırlanıb

Təmizlənmiş ot-lif kütləsi bundan sonra 4 saat ərzində qaynadılır.

Daha sonra isə kağız istehsalının adiləşmiş qaydaları tətbiq olunur.

"Orta hesabla bir fil gündə 250 kilo ot yeyir. Bu yaşıl kütlə filin həzm sistemindən keçərək 50 kilo peyinə dönür. Həmin miqdar peyindən A4 formatı olan 125 ağ kağız hazırlamaq olar", Matano deyir.

Onun sözlərinə görə, peyindən istifadə kağız istehsalında meşəliklərə, yaşıllığa qənaət etməyə imkan verir.

John Matano-nun hazırda Mombasa və paytaxt Nayrobi şəhərlərində kağız dükanları var.

Hökümət agentliyi olan Keniya Canlı Təbiət Xidmətinin (KWS) bildirdiyinə görə, fil peyinindən kağız biznesi ölkədə sayı 7000 baş olan fil nəslini qorumaqla yanaşı ağacların qeyri-qanuni olaraq kəsilməsinin də qarşısını almağa kömək edib.

'İy vermir'

Keniyada fil peyinindən kağız istehsal olunan daha bir yer Nayrobi şəhərində mənzillənən tanınmış Transpaper Kenya şirkətidir.

Jane Muihia detir ki, fil peyinindən hazırlanmış kağız keyfiyyətinə görə digər növ kağızlardan fərqlənmir.
Şəklin alt yazısı, Jane Muihia detir ki, fil peyinindən hazırlanmış kağız keyfiyyətinə görə digər növ kağızlardan fərqlənmir.

Şirkət məhsulunun əksər hissəsini müxtəlif ağac növlərindən hazırlamaqla yanaşı, kağız məmulatlarının 20 faizini hazırda fil peyinindən istehsal edir.

"Fil peyinindən kağız adi kağızdan fərqlənmir. Qiymətləri də eynidir," Transpaper Kenya şirkətinin əməkdaşı Jane Muihia deyir.

Onun sözlərinə görə, şirkət heyan peyinindən ötən il 2,809 ton kağız istehsal edib, bu ilin sonuna qədər isə bu rəqəmin 3 dəfə artacağı gözlənilir.

Mwaluganje Fil Qoruğunun meneceri Kafe Mwarimo bildirdiyinə görə, fil peyinindən kağız hazırlanması istehsalı indiyədək 500-dən çox yerli sakinə yoxsulluqdan qurtulmağa şərait yaradıb.