Binədə qəzadan sonra sakinlər: "Uşaqlarımızı marşrutla yola salmağa qorxuruq"

Bazar ertəsi Bakının Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub, nəticədə 2 nəfər ölüb, Hadisədən sonra BBC News Azərbaycanca əməkdaşları Binə qəsəbəsində olub və sakinlərlə söhbətləşib.

Sakinlər yollarda işarələrin, piyada keçidinin və işıqforların olmamasından gileylidir.

Onlar avtobusların yenilənməsini də istəyirlər.