İşıq böhranı: son vəziyyət nə olub?

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib, bu barədə president.az saytı xəbər verir.

line

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə yaradılan Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevirdə qəza baş verən ərazidə olub.

fhn.gov.az

Şəklin mənbəyi, fhn.gov.az

Nazir Azərbaycan İES-də sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub.

Kəmaləddin Heydərov təmir-bərpa işləri ilə əlaqədar aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

fhn.gov.az

Şəklin mənbəyi, fhn.gov.az

Çərşənbə günü səhər saatlarında Bakı Metropolitenin işləməməsi səbəbindən şəhərin ictimai nəqliyyatında sıxlıq yaşanmışdı.

Saat 13:10-dan etibarən Bakı Metropoliteni normal iş rejimini bərpa edib.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, Metropoliten xidmətlərinin səhər saatlarında dayandırılmasına səbəbin "elektrik enerjisinin dayanıqlığı ilə bağlı narhatlıq" olduğunu bildirib.

Videonun alt yazısı, 3 İyul elektrik enerjisinin kəsilməsindən sonra Bakı metrosu işləməyib

O bildirib ki, metronun işi bu gün saat 13:10-da bərpa olunub və hazırda metronun bütün istiqamətləri üzrə hərəkət normal qaydada davam etdirilir.

Metro stansiya, 20 yanvar

Ödənişsiz avtobuslar

Metro stansiyalar işləmədiyinə görə, onların ətrafında sərnişin sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi bildirir ki, sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər yaranır.

Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir, qurumun sözçüsü Mais Ağayev bildirib.

BNA sərnişinlərin abtobuslarda daşınmasının ödənişsiz olduğunu bildirib.

Azərenerji ASC

100 faiz bərpa

Ölkədə elektrik enerjisi "daxili imkanları hesabına və sistemin fəaliyyətinin tam təmin edildiyinə görə" bərpa olunub, Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlı BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, Minqəçevir İES işə düşüb və "fəaliyyət 100 faiz bərpa olunub".

"Azərbaycanda işıq 100 faiz bərpa olunub. Belə halın bir daha təkrarlanması ola bilməz", o deyib.

"...fərdi qaydada problem varsa"

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də elektrik enerjisinin verilişinin bəpa olunduğunu deyib.

"Ola bilər ki, fərdi qaydada kimdəsə qoşulmasın, 199 çağrı mərkəzinə müraciət etsinlər, əməkdaşlarımız kömək edəcək", o deyib.

Enerjinin verilişinin mütəmadi və ya daimi olmasıyla bağlı suala isə cənab Mustafayev belə deyib:

"Biz paylayıcı şəbəkəyik. Heç bir problem yoxdur. İşçilərimiz qabaqlayıcı tədbirlər görür və şəbəkəmiz normaldır".

Elektrik enerjisinin ölkəboyu kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki Azərbaycan İES-da baş verən qəza ilə bağlı olub. Bu səbəbdən bir çox bölgələr, o cümələdən Bakı saatlarla işıqsız qalıb.

İyulun 3-də bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə saat sonra təkrar qəza nəticəsində yenidən işıq böhranı yaranıb, Bakı metropoliteninin işi pozulub.