BBC News Azərbaycanca 28 May gününü Bakıdan canlı yayımlayır

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. BBC News Azərbaycanca Facebook səhifəsində ADR-in 100 illiyi ilə bağlı keçirilən tədbirləri canlı yayımlayır.
BBC News Azərbaycancanın Facebook səhifəsindəki canlı yayımlarımızı buradan izləyə bilərsiniz.

Türkiyənin müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları, tələbələr Ankaraya gələrək Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib.
Respublika gününü qeyd etməyə toplaşmış insanlar "Cümhuriyyət!" deyə şüarlar səsləndirilər.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 1
"Buna qədər Azərbaycan yalnız coğrafi məfhum idi. Tarixdə ilk dəfə Azərbaycan adını beynəlxalq hüququn subyektinə çevirən məhz Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri olub və ona görə də biz onları minnətdarlıqla xatırlayırıq", tarixçi Boran Əzizli ilə söhbət.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 2
BBC News Azərbaycanca həmçinin İstiqlal bəyannaməsi abidəsinə yürüş edən insanları müşayiət edib.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 3
İstiqlal bəyannaməsi abidəsini ziyarət edənlər arasında ailələr də var. "Biz çox qürur hissi ilə bu köynəkləri geyinmişik. Bütün cavanlara tövsiyyə edərdik ki, belə bir gündə bir yerdə olaq", üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan köynək geyinmiş ziyarətçilərdən biri BBC News Azərbaycancaya deyib.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 4
"Qardaş Türkiyədə fikir ayrılıqları var idi. Ənvər paşa başda olmaqla Xəlil paşa bu ərazilərin Türkiyəyə birləşməsinin tərəfdarı idilər. Amma böyük Məhəmməd Əmin başa düşürdü ki, bu, tarixi Azərbaycanın yox olması deməkdir. Ona görə də o, Azərbaycanın müstəqilliyi üzərində dayandı", tarixçi-alim Dilavər Əzimli.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 5
Millət vəkili Sabir Rüstəmxanlı ilə canlı müsahibənin video yazısı.

"Biraz problemlərlə üzləşirik. İstiqlaliyyət abidəsinə əklil qoymaq istəyirik, bizə deyirlər ki, gedin Rəsulzadənin qəbrinə əklil qoyun. Bunu rütbəli polislər deyir.
Bunlar başa düşmürlər ki, Novxanıda Rəsulzadənin qəbri yoxdur, onun abidəsidir", bu sözləri BBC News Azərbaycancanın canlı yayımında millət vəkili Sabir Rüstəmxalı deyib.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 6
BBC News Azərbaycanca İstiqlal bəyannaməsi abidəsini ziyarət edən gənclərlə də müsahibə edib. "İstədik ki, 1918-ci ildəki babalarımızı azca da olsa andıra bilək", milli papaqlı gənclərdən biri deyib.
Canlı müsahibənin videosunu buradan izləyə bilərsiniz.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 7
"28 May Azərbaycan millətinin dirilik günüdür, varlığının təcəssümüdür... Bu, millətin bayramıdır, millətin dövlət olmasının bayramıdır", bu sözləri canlı yayımda BBC News Azərbaycancaya tarixçi Cəmil Həsənli deyib.
Cəmil Həsənli ilə canlı müsahibənin videosunu buradan izləyin.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook, 8





