Hollandiya: Türkiyə əsilli Zeynep necə məşhur oldu?

Şəklin mənbəyi, centraalmuseum.nl
- Müəllif, Yusuf Özkan
- Vəzifə, Lahey, Hollanda
Hollandiyanın Utrext şəhərindəki muzeydə təmizləyici işləyən Zeynep adlı türk əsilli qadın, qisa müddət ərzində ən çox müzakirə edilən sənət əsərləri qəhrəmanlarından birinə çevrildi.
Zeynep fotoqraf Kees Wennekendonk-un təşkil etdiyi bədii fotoşəkil sərgisinin siması oldu.
Onun məşhurlaşmasına təsadüf səbəb olub.
Öz fotosərgisini hazırlayarkən Utrextin Centraal muzeyində olan Wennekendonk, 7 ildir ki, muzeydə təmizləyici işləyən Zeynepe rast gəldi.
Yeri təmizləyən qadının zahiri görünüşündən və işıqlanmadan təsirlənən fotoqraf Zeynepin şəkillərini çəkmək üçün icazə aldı.
"Zeynebin görünüşü" adlı silsilə sosial mediada böyük maraq doğurduqdan sonra Wennekendonk onları sərgisinə daxil etmək qərarına gəlib.
Utrext muzeyində keçirilən fotosərgi tənqidçilər və tədbirin qonaqları tərəfindən yaxşı qarşılanıb.
İncəsənət dairələrində "Zeynebin Görünüşü"nü məşhur hollandiyalı rəssam Johannes Vermeer-in "Südçü qız" əsərinə bənzədənlər var.
AD qəzetinə danışan Kees Wennekendonk belə dəyərlədirmələri şərh edib:
"Əslində fotoşəkil (Vermeer-in) əsərinə bənzəmir, amma hicab, işığın əks olunması və rənglər insanlara həmin təəssüratı bağışlayır"

Şəklin mənbəyi, Reuters
Poster hazırlamaq təklifləri
Kees Wennekendonk "Zeynebin Görünüşü" əsasında poster yaratmaq üçün Hollandiya, Almaniya və Britaniyadan təkliflər aldığını bildirir.
Avropa boyunca sərgi təşkil etmək niyyətində olan fotoqraf Zeynep fotoşəklinin 150 ədədini çap edərək maraqlı tərəflərə ünvanlayıb.
Bu arada Zeynep işlədiyi Centraal muzeyindəki sərginin məşhur iştirakçısı olmasından çox məmnundur.
O, muzeydəki fotoşəkilləri və girişdəki sərgi afişalarını hər kəsə göstərməkdən qürur duyur.
Wennekendonk fotosərgisi, 28 maya qədər fəaliyyət göstərəcək.





