Zülfüqar Rüfətoğlu vəfat edib

Zülfüqar Rüfətoğlu

BBC Azərbaycanca xidmətinin keçmiş əməkdaşı, jurnalist Zülfüqar Rüfətoğlu Londonda vəfat edib.

O, 1958-ci ildə Bakıda anadan olub.

Zülfüqar Rüfətoğlu uzun illər jurnalist kimi fəaliyyət göstərib, 1994-cü ildə yenicə yaranmış BBC-nin Azərbaycanca xidmətinin ilk əməkdaşlarından biri olub.

Zülfüqar Rüfətoğlu

O, 90-cı illərin sonları Qarabağa səyahət edib və oradan "Atəşkəs kölgəsində" adlı hazırladığı silsilə verilişlər BBC Azərbaycanca radiosunda yayımlanıb.

Zülfüqar Rüfətoğlu bundan başqa radioda "Çətin sual", "Sənin səsin" və digər verilişlərin müəllifi və aparıcısı olub.

Zülfüqar Rüfətoğlu

Həmkarları onu auditoriya ilə isti münasibəti, yadda qalan efir səsi və tərcümələri ilə xatırlayırlar.

Zülfüqar Rüfətoğlu yazdığı bir çox şeirləri ilə də tanınır. Onun “Gecə yarı qapıları döyməyin”, "Oyuncaq mağazasında demədiklərim" və digər şeirləri aktyor Həsən Əbluçun ifasında səsləndirilib.