Azərbaycan və Ermənistan sülh sazişini paraflayıb

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan və Ermənistan liderləri bu gün Washingtonda sülh sazişinin paraflandığını açıqlayıblar.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda baxın.
Donald Trumpın səyi ilə keçirilən görüşdə İlham Əliyev ermənistanlı jurnalistin sualına cavab olaraq onu da deyib:
"Bu razılaşmanın dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların böyük Prezidenti qarşısında baş verməsi o deməkdir ki, hər hansı digər tərəfin geri addım atacağına heç bir şübhə olmamalıdır.
Əgər mənim və ya Baş nazir Paşinyanın belə bir niyyəti olsaydı, biz bura gəlməzdik. Buna görə də həm siz, həm də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verənlər nəticə etibarilə sülhə gətirib çıxaracaq – Cənubi Qafqazda davamlı və əbədi sülhə".
Cənab Əliyevin bu çıxışına Nikol Paşinyan "Bağışlayın, tamamilə razıyam və heç bir əlavəm yoxdur", - deyib
Trump isə "Bu çox gözəl iki bəyanatdır" deyə şərh verib.







