Vaşinqtonda sülh sazişi niyə imzalanmadı? İlham Əliyev cavab verir

Şəklin mənbəyi, Azərtac
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident İlham Əliyev deyib ki, Ermənsitan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası Vaşinqtonda sülh müqaviləsinin imzalanmasına imkan verməyib.
O deyib ki, bu dəyişiklik ediləndən sonra istənilən vaxt sülh sazişi imzalana bilər.
Əliyev bunu Vaşinqtonda Prezident Trump və Baş nazir Paşinyanla birgə bəyannamə imzalanmasından sonra mediaya deyib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda izləyin
Avqustun 8-də tərəflər həmçinin sülh sazişinin razılaşdırılmış mətnini paraflayıblar, ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciət imzalayıblar və kommunikasiyaların açılması, o cümlədən Azərbaycandan onun bir hissəsi olan Naxçıvana quru əlaqəni təmin edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı açıqlama veriblər.
Onlar, həmçinin indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd etdiklərini bildiriblər.



