Amerikalı fiqurlu konkisürən İlya Malinin niyə hamıdan yaxşıdır? "Dördlüklərin tanrısı"nın uğurunun fizikası və riyaziyyatı

Şəklin mənbəyi, EPA
- Müəllif, Aleksey Kalmıkov
- Vəzifə, BBC
- Oxuma vaxtı: 6 dəq
Amerikalı İlya Malinin buz üzərində elə tullanır ki, fiqurlu konkisürmədən uzaq olan insanlar belə onun adını eşidiblər.
Mütəxəssislər bir ağızdan deyirlər ki, dünyada "dördlüklərin tanrısı" adlandırılan bu idmançıya bərabər olan yoxdur və inanırlar ki, o, nəhayət, cazibə qüvvəsini də məğlub edəcək və tamaşaçı qarşısında illüziya kimi görünən beşqat tullanışı da yerinə yetirəcək.
Malinin niyə hamıdan üstündür? Səbəblər çoxdur, amma biz onun uğurunun fizika və riyaziyyat tərəfinə fokuslanacağıq.
Malinin bu günə qədər buz üzərində mövcud olan ən çətin tullanışı - yarışlarda dördlü akseli icra edən ilk və hələlik yeganə fiqurçudur.
O, 2023-cü ilin noyabrından bəri heç bir yarışda məğlub olmayıb. İndi isə o, ABŞ yığmasını 1988-ci ildən bəri ilk dəfə komanda hesabında qələbəyə aparıb və ardıcıl ikinci qış Olimpiadasında bu uğuru təkrarlayıb.
"Onun uğurları sadəcə əfsanəvidir. Bu uğurlar bütöv bir nəslin taleyini dəyişəcək, tarixə düşəcək və fiqurlu konkisürmənin gələcəyini müəyyən edəcək", - 1988-ci il Olimpiadasının çempionu Brayan Boytano LA Times qəzetinə deyib.
Və təkcə fiqurlu konkisürmənin gələcəyini yox. Malinin cəmi 21 yaşındadır, amma artıq onu müasir dövrün ən böyük amerikalı atletləri sırasında görürlər. Sağ tərəfində - Serena Uilyams və Maykl Cordan, sol tərəfində - Simona Bayls və Maykl Felps.
Belə bir səviyyəyə çatmaq üçün istedad, zəhmət, qorxmazlıq, fanatizm, coşqu və artistlik tələb olunub.
Lakin şərhçilər və alimlər deyirlər ki, burada başqa amillər də var: fiqurlu konkisürmədə balların hesablanması üzrə yeni qaydalar və Malininin qeyri-adi fiziki göstəriciləri.
Uğurun fizikası
Fiqurlu konkisürmədə olan altı əsas tullanışın hamısı təxminən eyni şeyi tələb edir: sürətlə sürüşmək, güclü təkan vermək, yay kimi yığılmaq, uzun müddət fırlanmaq və yumşaq eniş etmək — mümkün olsa, ayaqların üstünə, daha da yaxşısı, bir ayağın üstünə.
"Fizika baxımından tullanışlar oxşar görünsə də, insan bədəni üçün hər bir tullanış fərdidir. Dövrlərin sayı artdıqca, daha çox sürət yığmaq və daha sürətlə fırlanmaq lazım gəlir," - ABŞ-ın elmi jurnalı Scientific American qeyd edir.

Şəklin mənbəyi, Reuters
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Buna necə nail olmaq olar? Yaxın vaxtlara qədər belə hesab edilirdi ki, tullanışın hündürlüyü o qədər də vacib deyil - əsas olan təkanın gücü və fırlanma sürətidir. Amma Yaponiyanın Yokohama şəhərində yerləşən Keyo Universitetinin Fiziki Tərbiyə İnstitutundan Seyci Hirosava bunun tam belə olmadığını deyir.
O, yarışlarda dördlü aksel icra etməyə cəhdlərin kinematikasını araşdırıb, tullanışın hündürlüyü və uzunluğunu, həmçinin itələnmə və eniş sürətlərini müqayisə edib.
"Görünür, tullanışın hündürlüyünün artırılması onun uğurla icrası üçün həlledici əhəmiyyət daşıyır - biomexanika nəzəriyyəçilərinin əvvəlki təsəvvürlərinin əksinə olaraq", - yapon alimi belə deyilir.
Statistika da onun nəticələrini təsdiqləyir.
Son Olimpiadadan əvvəl keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında idmançılar orta hesabla 60 sm hündürlüyə və 2 metr 77 sm uzunluğa tullanırdılar. Malininin tullanışları isə daha qısa (2 m 38 sm), amma daha hündür — 90 sm-ə qədər olub. Bu, dünya səviyyəli basketbolçunun yerindən tullanması qədərdir.
Təxminən 30 km/saat sürətlə gedərkən konkidən güclü təkan vermək işin yarısıdır. Bundan əlavə, idmançı fırlanmağı bacarmalı və şaquli enerjini fırlanma impulsuna çevirməlidir. Bunun üçün idmançı qollarını bədəninə sıxır və bununla da ətalət anını azaldır.
Amma bu da hamısı deyil: o, təxminən dəqiqədə 350 dövr sürətlə fırlanarkən huşunu itirməməli, sonda isə sərt buzun üstünə enib, ayaqqabısına bərkidilmiş dəmir bıçağın üstündə tarazlığını qorumalıdır.
Bütün bunlar üçün verilən vaxt - bir saniyədən də azdır.

Şəklin mənbəyi, International Skating Union via Getty Images
"Arıq, amma əzələli idmançıların tullanışlarda üstünlüyü olur," - "Scientific American" fiqurlu konkisürmənin biomexanikasını araşdıran Hartford Universitetindən Sara Ridjə istinad edərək yazır.
Malinin bu meyarlara tam uyğun gəlir. O, ABŞ kişilər yığmasında ən uzunboylu fiqurçudur, eyni zamanda həm fiziki gücünü artırmağı bacarır, həm də arıq qalır.
"Hər tullanışda çoxlu dəyişən var. Heç biri digərinə bənzəmir," - kanadalı fiqurçu və məşqçi Karen Preston Scientific American jurnalına deyib.
"Burada mükəmməllik yoxdur. Bəlkə də yalnız İlya Malinində var. O, fenomendir."
Uğurun riyaziyyatı
Digərlərindən daha sürətli, daha yüksək və daha güclü təkan vermək, daha sürətlə fırlanmaq və buz meydançasının üzərində daha uzun "asılı qalmaq" bacarığı Malininə hətta səhvlərə yol verdiyi və yıxıldığı halda belə nəhəng fərqlə qalib gəlməyə imkan verir.
Çünki fiqurlu konkisürmədə xalların hesablanması sistemi 2004-cü ildən bəri ən çox mürəkkəbliyi mükafatlandırır. Hər elementin öz balı var. Tullanış nə qədər çətin olarsa və proqramın sonuna nə qədər yaxın icra edilərsə, qiymət bir o qədər yüksək olur.
Malinin sərbəst proqramda yeddiyə qədər dördlü tullanış etməyi bacarır ki, bu da başqa heç bir fiqurçunun edə bilmədiyi bir şeydir.
O, bir-iki tullanışı "korlasa" belə, rəqiblər proqramlarını ideal şəkildə sürüşdürüb yalnız üçlü tullanışlar etsələr belə, Malinin yenə də fiqurlu konkisürmə ölçülərinə görə çox böyük fərqlə xalla qalib gəlir.
2026-cı ilin Qış Olimpiadasında da məhz belə oldu.
Malinin hər iki proqramda səhvlərə yol verdi, amma nəticədə onun səyi sayəsində amerikalılar qüsursuz çıxış edən yaponların əlindən komanda qızılını qopara bildilər.

Şəklin mənbəyi, Reuters
Malininin təkli yarışda qalib gəlmək şansları indi 99 faiz qiymətləndirilir.
"Belə bir vəziyyətin səbəbi sırf riyaziyyatdır," - ABŞ-ın Athletic nəşri yazır.
"Malininin minimal nəticəsi rəqiblərinin maksimal nəticəsinə çox yaxındır. Onun maksimal nəticəsi isə fiqurlu konkisürmə tarixində indiyə qədər heç kimdə olmayan qədər yüksəkdir".
Uğurun lirika tərəfi
Malinin sadəcə cazibə qüvvəsini "əzən" bir maşın deyil. O, eyni zamanda şoumenidir və tamaşaçıları əyləndirməyi sevir.
Məhz tamaşaçılar üçün, hakimlər üçün yox: o, Olimpiadanın qısa proqramında arxaya salto icra etdi.
Amerika, hətta bütün dünya ona qarşılıq verir. Amerikalı repçi və prodüser Snoop Dogg olimpiya arenasında Malininin portreti olan futbolkada gəzir.
NHL-in əfsanəsi, xokkeyçi Aleksandr Oveçkin Olimpiadadan əvvəl fiqurçuya uğur üçün özünün sarı konki şnurlarını hədiyyə edib.
Malininin hekayəsindən bəhs edən video isə Qış Oyunlarının YouTube kanalının baş səhifəsini bəzəyir.

Şəklin mənbəyi, @Olympics/YouTube
И если в атлетизме Малинин уже достиг невиданных для этого спорта высот, то в артистизме у него все впереди, уверена канадская чемпионка по парному катанию и хореограф Сандра Безик.
«Он очень харизматичный исполнитель. Ему важна связь с публикой. Ему важна музыка. Ему важна хореография, — цитирует ее американское издание Vox. — И я вижу, с каким энтузиазмом он развивается в этом направлении».
«Но нельзя стать артистом, не пожив немного. Нужно пережить любовь, потерю. Одно дело — врожденные качества и музыкальность. Однако чтобы раскрыть потенциал полностью, нужен жизненный опыт».
В пятницу, 13-го Малинин выйдет на олимпийский лед с завершающей произвольной программой. А оттуда сразу выкатится в историю, уверены авторы статьи в Vox:
«Малинин уже меняет наше представление о фигурном катании в США и раздвигает границы возможного в этом виде спорта. Его победа будет достижением исторического масштаба».
Kanadalı cüt fiqurlu konkisürmə çempionu və xoreoqraf Sandra Bezik hesab edir ki, atletizmdə Malinin artıq bu idman növü üçün görünməmiş zirvələrə çatıbsa, artistlik baxımından onun qarşısında hələ çox yol var.
"O, çox xarizmatik ifaçıdır. Tamaşaçı ilə əlaqə onun üçün vacibdir. Musiqi onun üçün vacibdir. Xoreoqrafiya onun üçün vacibdir. Və mən görürəm ki, o, bu istiqamətdə necə böyük həvəslə inkişaf edir", - o ,mediaya deyib.
"Amma bir az yaşamadan artist olmaq mümkün deyil. Sevgi yaşamaq, itki yaşamaq lazımdır. Bir məsələ anadangəlmə keyfiyyətlər və musiqi duyumudur. Lakin potensialı tam açmaq üçün həyat təcrübəsi gərəkdir".



























