Azərbaycan 32 ermənini, Ermənistan isə 2 azərbaycanlını azad edib

Şəklin mənbəyi, Azərtac
Azərbaycan və Ermənistan hərbi əsirləri bir-birinə təhvil veriblər.
Videoya YouTube kanalımızda baxın.
Ermənistan iki azərbaycanlını, Azərbaycan isə 32 erməni hərbçini azad edib.
Təhvil-təslim Qazax rayonunda baş tutub.
Hərbçilərin azad edilməsi haqda razılıq Azərbaycan və Ermənistan arasında dekabrın yeddisində aparılmış danışıqlar nəticəsində əldə olunub.
Hər iki ölkə bir birinə qarşılıqlı xoş niyyət nümayiş etdirməyə razılaşıblar.
Bu, Azərbaycan və Ermənistan arasında müstəqillikdən bəri heç bir vasitəçi olmadan verilmiş ilk birgə bəyanatdır.



