Britaniya da Fələstini dövlət kimi tanıya biləcəyini bəyan edib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Britaniya Baş naziri Keir Starmer Fələstini dövlət kimi tanıya biləcəklərini bəyan edib.
Starmer-dən bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makron Fələstini rəsmi olaraq tanıyacağını söyləyib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Keir Starmer deyib ki, əgər İsrail hökuməti "əsaslı addımlar" atmasa, Fələstini tanıyacaq.
Britaniya Baş naziri "əsaslı addımlar" deyəndə bunu nəzərdə tutur:
- Atəşkəslə razılaşmaq
- BMT-yə Qəzzaya yardım tədarükünü bərpa etməyə icazə vermək
- "İki dövlət həllini təmin edən" uzunmüddətli sülh prosesinə sadiqlik
- İşğal altındakı İordan çayının qərb sahilinin gələcəkdə ilhaq edilməyəcəyinə zəmanət
Keir Starmer-in Həmas-dan da tələbləri var:
- Atəşkəslə razılaşmaq
- Bütün girovların azad edilməsi
- Həmas-ın Qəzza hökumətində heç bir rol oynamayacağını qəbul etmək
- Tam tərksilah
İsrailin Baş naziri Benjamin Netanyahu deyib ki, Britaniya bununla Həmas-ı "mükafatlandıracaq".
Video açılmırsa, Youtube kanalımızda baxın
Fransa Fələstini dövlət kimi tanıyacağını bəyan edib

Şəklin mənbəyi, Krisztian Bocsi/ Bloomberg/ Getty Images
Fransa elan edib ki, Fələstini dövlət kimi tanıyacaq.
Prezidenti Emmanuel Makron sentyabrda Fələstini rəsmi olaraq tanıyacağını söyləyib.
Fələstin rəsmiləri qərarı alqışlayıb.
Amma İsrailin Baş naziri Benyamin Netanyahu bunun "terroru mükafatlandırdığını" deyir, ABŞ dövlət katibi Marko Rubio isə bu addımı "ehtiyatsızlıq" adlandıraraq qərara etiraz edib.
Emmanuel Macron sosial media hesabında bu qərarın Fransanın "Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə" "uyğun" olduğunu yazıb.
"Biz Fələstin dövlətini qurmalı, onun həyat qabiliyyətinə zəmanət verməliyik və onun silahsızlaşdırılmasını qəbul edərək və İsraili tam tanımaqla regiondakı hamının təhlükəsizliyinə töhfə verməliyik", - o yazıb.
Bu arada, BMT-nin Fələstin Qaçqınlar Agentliyi (Unrwa) Qəzzada aclıqdan ölənlərin sayının artması ilə "bütün humanitar sistem çökür" deyir.
İyulun 24-də ABŞ və İsrail Qətərdəki atəşkəs danışıqlarını dayandırıb. Washington Həmas-ı "xeyirxah niyyətlə hərəkət etməməkdə" ittiham edib.







