İsrail əsgərləri ərzaq gözləyən fələstinliləri atəşə tutub

Qəzza

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"Dünyaya deyin ki, biz bu unu həyatımızı riskə ataraq, qanımızla əldə etmişik", qəzzalı kişi bildirib.

Videonu YouTube kanalımızda izləyin.

Qəzzada ərzaq gözləyən 67 fələstinli Israil əsgərləri tərəfindən öldürülüb, yerli səhiyyə rəsmiləri bildirib.

Birləşmiş Millətlər Təşkilatı əsgərlərin ac kütləyə atəş acdığını təsdiqləyib.

İsrail ölüm sayına şübhə ilə yanaşır və deyir ki, əsgərlər təhlükə hiss edib və buna görə xəbərdarlıq atəşi açıblar.

"Biz yük maşınlarının yaxınlaşdığını görəndə ona doğru getdik. Onlar atəşə başladı. Əllərimizi belə qaldırdıq - sakinlərdən biri deyib - Biz qaçırdıq və işarə verirdik ki, heç nəyimiz yoxdur. Dinc sakinlərik. Onlar bizi vurmağa başladılar, - şahidlərdən biri danışıb.

Demək olar ki, hər gün ərzaq götürməyə gedən fələstinlilərin öldürülməsi barədə xəbərlər gəlir. Qəzzada insanların çoxu gündə bir dəfə yemək yeyirlər.

Yerli səhiyyə rəsmilərinə görə, son 24 saatda Qəzzada azı 19 fələstinli acından ölüb.

Bu arada İsrail Qəzzanın mərkəzini tanklarla bombalamağa başlayıb.

Güman edilir ki, İsrail müharibə başlayandan bəri ilk dəfədir ki, ora girəcək.

"Onlar başımıza vərəqələr atdılar, hara getdiyimizi bilmirik. Sığınacağımız yoxdur", - deyən bu kişi isə cənubda, Deir al Balah şəhərini tərk edən on minlərlə fələstinlidən biridir.

İsrail onlara təxliyə olmaq əmri verib.