Roma Papası Fransisk dəfn edilib

Şəklin mənbəyi, Getty Images
Şənbə günü həftənin əvvəlində vəfat edən Roma Papası Fransiskin dəfn mərasimi keçirilib.
Dəfn mərasiminə dünya dövlətlərinin liderləri və onları təmsil edən nümayəndələr də qatılıb.
Azərbaycan adından dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova iştirak edir, Azərtac yazıb.
Roma Papası Fransisk dəfn edilərkən 100 illik ənənəni pozmuş olub. O, Müqəddəs Pyotr Bazilikasındakı məbəd əvəzinə, Vatikandan kənarda, Roma şəhərindəki Santa Maria Maggioredə dəfn edilib.

Şəklin mənbəyi, Reuters
Bazar ertəsi günü Vatikan onun ölümü ilə bağlı bəyanat yayıb.
"Əziz qardaşlar və bacılar, dərin hüzn içində bildirirəm ki, Müqəddəs Atamız Francis vəfat etdi. O, bütün həyatını Allaha və Onun Kilsəsinə xidmət etməyə sərf edib", - Kardinal Farrell Roma Papasının ölümünü elan edərkən bildirib.
Ölümündən bir gün əvvəl, bazar günü Papa Francis Pasxa bayramı münasibəti ilə Müqəddəs Piter meydanında minlərlə dindarı təbrik etmişdi.
O, təbrik mesajında Cənubi Qafqaza da toxunub: "Bu bayram günündə gəlin Cənubi Qafqazı da xatırlayaq və dua edək ki, Ermənistan və Azərbaycan arasında yekun sülh razılaşması tezliklə imzalansın. Gəlin dua edək ki, bu razılaşma imzalandıqdan sonra yerinə yetirilsin və regionda çoxdan gözlənilən əmin-amanlığa gətirib çıxarsın".
Dünya liderləri onun ölümü ilə bağlı başsağlığı mesajları paylaşıblar.
Azərbaycan Prezidenti İlham Əliyev də Papa Francis-in vəfatından kədərləndiyini bildirib.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
O, başsağlığı mesajında bildirib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində onun misilsiz xidmətləri olub.
"Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam", - Əliyev mesajında bildirib, Azərtac yazıb.
Fransa Prezidenti Emmanuel Macron onu "təvazökarlıq nümunəsi" adlandırıb.
Niderlandın Baş naziri isə Roma Papasını "katoliklər və katolik olmayanlar üçün örnək" biri kimi təsvir edib.
Əsl adı Jorge Mario Bergoglio olan Papa Francis 2013-cü ildən etibarən Katolik kilsəsinə rəhbərlik edirdi.
Papa Francis 2016-cı ildə Bakıya səfər edərək burda ölkə rəhbərliyi və yerli dini icmalarla görüşüb.
Həyatının son aylarında Papa səhhətindəki problemlərlə bağlı bir neçə həftəni xəstəxanada keçirib.
Fevralın 14-də 88 yaşlı Papa Francis Romadakı Gemelli xəstəxanasına yerləşdirilmişdi və hər iki ağciyərin pnevmaniyası diaqnozu ilə müalicə alırdı. O bir neçə gün nəfəsalma ilə bağlı çətinliklər yaşayıb.
Martın 23-dən etibarən isə xəstəxanadan çıxarılmışdı.
Videoya Youtube kanalımızda baxa bilərsiniz.




