8 noyabr Zəfər Günü: Xankəndidə hərbi parad keçirilib

Zəfər günü Qarabağ Xankəndi

Şəklin mənbəyi, Azərtac

Bu gün Azərbaycanda İkinci Qarabağ müharibəsinin sona çatması ilə bağlı Zəfər Günü qeyd olunur.

Xankəndi şəhərində hərbi parad keçirilib, Azərtac xəbər verib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər, xəbərdə deyilir.

Amma hərbi paraddan canlı yayım olmayıb.

Zəfər günü Qarabağ Xankəndi

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Xankəndidə hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib
Zəfər günü Qarabağ Xankəndi

Şəklin mənbəyi, Azərtac

Zəfər günü Qarabağ Xankəndi

Şəklin mənbəyi, Azərtac

Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib, BBC müxbiri bildirir.

BBC Azərbaycanca əməkdaşının sözlərinə görə, səhər saatlarından başlayaraq, Bakıda İkinci Şəhidlər Xiyabanına ziyarət başlayıb.

Yerli media Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirildiyini bildirir.

BBC Azərbaycanca əməkdaşının sözlərinə görə, səhər saatlarından başlayaraq, İkinci Şəhidlər Xiyabanına ziyarət başlayıb.

Rəsmi Bakının sentyabrın 19-da keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğv edildiyini bəyan etmiş, bundan sonra azərbaycanlı hərbçilər Xankəndiyə daxil olaraq şəhərə Azərbaycan bayrağını sancmışdılar.

Antiterror əməliyyatı nəticəsində Qarabağı 100 mindən çox erməni tərk edib, Ermənistan hökuməti bildirib.

Rəsmi Yerevan ermənilərin köçünü “etnik təmizləmə” adlandırsa da, Bakı bu ittihamları qəbul etmir və Qarabağda könüllü qalan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini və bütün hüquqlardan istifadə edəcəyini bildirib və Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığını qəbul edərək ölkənin Konstitusiya və qanunları əsasında yaşamağa çağırıb.

Prezident İlham Əliyev “antiterror tədbirləri” nəticəsində dövlət suverenliyinin bərpa edildiyini bildirib.

Zəfər günü Bakı Qarabağ
Zəfər günü Bakı Qarabağ
Zəfər günü Bakı Qarabağ
Şəklin alt yazısı, Zəfər Günündə hərbi orkestr Bakı küçələrindən keçir
Zəfər günü Bakı Qarabağ
Şəklin alt yazısı, Səhər saatlarından etibarən Bakıda İkinci Şəhidlər Xiyabanına ziyarət başlayıb.
Zəfər günü Qarabağ

Şəklin mənbəyi, Report

Şəklin alt yazısı, Zəngilan rayonunun Ağalı kəndində hərbçilərin Zəfər yürüşü
Zəfər günü Qarabağ Laçın

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Laçında hərbçilərin yürüşü
Zəfər paradı Bakı

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Foto. Arxiv. 2020-ci il 10 dekabr. Bakı. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsini Zəfər paradı ilə qeyd edir

2020-ci il noyabrın 8-i Şuşanın azad edildiyi gün Azərbaycanda Zəfər günü kimi tanınıb.

Həmin il dekabrın 10-da Bakıda Türkiyə Prezidenti Erdoğanın da qatıldığı Zəfər paradı keçirilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibədə tərəflər ümumilikdə 7 mindən çox hərbçisini itirib. Hər iki tərəfdə mülki şəxslər də müharibənin qurbanı olub.

İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, hələ də Azərbaycan və Ermənistan arasında sülh razılaşması imzalanmayıb.