Rəsmi Bakı Qarabağ erməniləri üçün reinteqrasiya planını açıqlayıb

Ermənilər Dağlıq Qarabağ

Şəklin mənbəyi, Siranuş Sargsyan/X

Bazar ertəsi rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb, bu barədə Azərbaycan Prezident Adminstrasiyası məlumat yayıb:

  • Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.
  • Qarabağda bələdiyyələr formalaşdırılır
  • Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir
  • Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır.
  • Azərbaycanın daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər
  • Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır
  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi üçün təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri nəzərdə tutulur
  • Bölgədə Azərbaycan manatının işlənməsi təmin edilir.
  • Sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi nəzərdə tutulur
  • Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.
  • Sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur.
  • Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.
  • Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.
  • Sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.
  • Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.
  • Erməni dilinin istifadəsinə imkan yaradılır.

Xankəndidə ictimai təhlükəsizliyə "Azərbaycan polisi nəzarət edir", DİN

Hazırda Xankəndidə ictimai təhlükəsizliyə nəzarəti Azərbaycan polisi həyata keçirir, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bazar ertəsi BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, 19-20 sentyabr "antiterror əməliyyatları"ndan sonra Qarabağ iqtisadi rayonunda ictimai qaydalara və ictimai təhlükəsizliyə Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət edir.

Azərbaycan Prezident Adminstrasiyası bazar günü açıqlayıb ki, Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb. "Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır", - məlumatda deyilir.

Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, indiyədək təxinən 85 min nəfər qeydiyyata alınıb ki, bu da "Ermənistana gələnlərin 85 faizini təşkil edib".

Qarabağdan Ermənistana gedənlərin 41 min nəfəri kişi, təxminən 44 mini isə qadınlardan ibarətdir.

"Qarabağdan gedənlərin üçdə birini uşaqlar təşkil edir", - Ermənistan mediası UNİCEF-ə istinadən yazıb.

BMT isə Ermənistana gedənlərin sayının 88 mindən çox olduğunu bildirib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Azərbaycan hökuməti Qarabağı tərk edənlərin sayını açıqlamayıb.

Ermənistan Qarabağda 120 min, Azərbaycan 50 min etnik erməninin yaşadığını deyir.

Separatçı "DQR-ın prezidenti" Samvel Şahramanyan sentyabrın 19-20-də baş vermiş hərbi əməliyyatlar nəticəsində "həlak olan və itkin düşənlərin qalıqları üçün axtarış-xilasetmə əməliyyatları həyata keçirilənədək bir qrup rəsmi şəxslə birlikdə Stepanakertdə qalacaq", - Ermənistanın news.am saytı bazar günü xəbər verib.

Qarabağdakı separatçı qurum ötən cümə axşamı özünü buraxdığını və gələn il yanvarın 1-nə qədər "idarə və təşkilatlar"ın ləğv olunacağını açıqlayıb.

Azərbaycan sentyabrın 19-da Qarabağda "antiterror tədbirləri" keçirib. Növbəti gün atəşkəs elan olunub və bundan sonra rəsmi Bakının təmsilçiləri Qarabağ ermənilərinin nümayəndələri ilə iki dəfə Yevlaxda, bir dəfə Xocalıda görüşərək reinteqrasiya və humanitar məsələləri müzakirə ediblər.

Azərbaycan Qarabağ ermənilərinə ilkin qeydiyyatdan keçmək üçün reintegration.gov.az ünvanlı platforma yaradıb.

Platformanın məqsədi "erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlana bilmələri üçün" imkan yaratmaqdır", Azərbaycan hökuməti bildirib.

"Antiterror əməliyyatları"ndan sonra Azərbaycan silahı yerə qoyan erməni hərbçilərin sərbəst şəkildə Ermənistana keçidinin təmin olunacağını elan etmişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirmişdi ki, Qarabağdan olan erməniləri qəbul etməyə hazırdılar.

Qarabağ

Şəklin mənbəyi, Al Jazeera

Şəklin alt yazısı, Al Jazeera-nin Qarabağdan verdiyi eksklüziv video reportajından

“Ruhu olmayan kabus şəhər"

“Qarabağda separatçılıq cəhdinin sonu ermənilərin orta əsrlərdən regional güclər arasında bölünmüş ata-baba torpaqlarını yenidən birləşdirmək kimi çoxəsrlik arzusuna ağır zərbə vurdu”, - Al Jazeera telekanalının Qarabağa göndərdiyi əməkdaşı Usamə Bin Cavaid Xankəndidən verdiyi reportajda bildirib.

O deyib ki, son bir neçə gündə on minlərlə insanın ərazini boşaltmasını yalnız “kütləvi köç” kimi xarakterizə etmək olar.

"Burada, şəhərin mərkəzində, mən sussam, heç nə eşitməyəcəksiniz", - o, reportajında bildirib. “Burada bir neçə əlil və qocadan başqa heç kim qalmayıb”, - Cavaid əlavə edib.

Al Jazeera müxbiri Xankəndini təsvir edərkən onu "ruhu olmayan bir kabus şəhəri" adlandırır.

qarabağ

Şəklin mənbəyi, Getty Images

Rəsmi Bakıdan Paşinyana etiraz: “...əvvəlki bəyanatı ilə ziddiyyət təşkil edir”
Qarabağ

Şəklin mənbəyi, Getty Images

Rəsmi Bakı "Ermənistanın Baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qalması haqda dediklərini qətiyyətlə pisləyir və rədd edir", - cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bugünki hökumət iclasındakı bəyanatını şərh edərkən deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin cümə axşamı keçirilən iclasında bildirib ki, “yaxın günlərdə Dağlıq Qarabağda daha erməni qalmayacaq”.

Onun sözlərinə görə, ermənilərin Qarabağdan çıxması Bakının apardığı “etnik təmizləmə siyasəti” nəticəsində davam edir.

Azərbaycan XİN bildirir ki, “bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi daha əvvəlki bəyanatı ilə ziddiyyət təşkil edir”.

Rəsmi Bakı deyib ki, əgər erməni sakinlərindən kimsə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilməz.

Bununla yanaşı, Azərbaycan XİN erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və "multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa" çağırıb.

ermənilər qarabağ

Şəklin mənbəyi, GETTY IMAGES

Azərbaycan Dövlət Sərhəd Xidməti sentyabrın 27-də separatçı qurumun "dövlət naziri” olmuş, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağı tərk edərkən saxlayıb.

Ermənistan rəsmiləri sentyabrın 27-də bildiriblər ki, Qarabağı minərlə erməni sakin tərk edib.

Həmin gün Xankəndi şəhərindən olan və bir neçə saatdır şəhərdən çıxaraq, Ermənistana tərəf yol aldığını X-da yazmış Marut Vanyan da çərşənbə axşamı günü onun kimi şəhərdən Ermənistana istiqamətlənmiş erməniləri daşıyan avtomobilləri "maşın seli" adlandırıb.

"Sadəcə bir maşın seli... Stepanakertdən Həkəriyə... İki metr getdik, iki saat gözlədik... Səbirli olun, hələ yola çıxmayanlar..." - Vanyan yazıb.

Azərbaycanın sentyabrın 19-da başlatdığı və bir gün sonra dayandırdığı "antirerror əməliyyatı"ndan sonra Qarabağda yaşayan ermənilər oranı tərk etməyə başlayıb.

Əməliyyatlar zamanı hər iki tərəf itki verib.

Ermənistana Xankəndindən gedən yol Yol Qarabağ Dağlıq Qarabağ

Şəklin mənbəyi, Marut Vanyan/X

Qarabağdakı yanacaq anbarında partlayışda onlarla adam ölüb

Xankəndi ermənilər

Şəklin mənbəyi, Hayk Baghdasaryan/Reuters

Xankəndi yaxınlığında sentyabrın 25-i axşam saatlarında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda onlarla adam ölüb, 105 nəfər ikin düşüb, yaralıların sayı 300-ə yaxınlaşıb, Ermənistan rəsmiləri açıqlayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, yanğını söndürmək üçün göndərilən azərbaycanlı yanğınsöndürənlər yanğının genişlənməsinə imkan verməyərək onub söndürüblər.

FHN hadisə yerinə 15 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti göndırdiyini bildirib.

Videoya Youtube kanalamızda baxın.

Ermənistanın "zərərçəkənlərə kömək etmək üçün həkimlər qrupu bu gün helikopterlə Xankəndiyə uçub.

Rəsmi Bakı bildirib ki, Ermənistandan Xankəndiyə tibbi yardım göstərmək üçün göndərilən helikopterin Qarabağa daxil olması təmin edilib.

Xankəndidə müstəqil fəaliyyət göstərən jurnalist Siranush Sargsyan X hesabında yazıb ki, yaralıların bəziləri Rusiya sülhməramlılarının hospitalına, bəzilər uşaq xəstəxanasına yerləşdirilib. O, yaralıların sayının yüksək olduğunu bildirir. Siranush Sargsyanın paylaşdığı videoda bir neçə sarıqlı yaralının, bədənində yanıq izləri olan zərərçəkənin uzun xəstəxana dəhlizində tibbi xidmət aldığı görünür.

TASS yazıb ki, bu qədər çox adamın xəsarət almasına səbəb yanacaq çatışmazlığı şərtləri altında Ermənistana getmək istəyən şəxslərin yanacaq üçün məntəqəyə toplaşması olub.

Ermənilər Stepanakert Xankəndi Qarabağ

Şəklin mənbəyi, Siranuş Sargsyan/X

Stepanakert Qarabağ Xankəndi Dağlıq Qarabağ Xankəndində partlayış Stepanakertdə partlayış

Şəklin mənbəyi, Sosial Media

Xankəndi Qarabağ köç

Şəklin mənbəyi, Getty Images

qarabağ

Şəklin mənbəyi, Reuters

Xocalı Qarabağ erməniləri

Şəklin mənbəyi, Azərtac

Rəsmi Bakı Qarabağ ermənilərinə müəyyən sahələr üzrə birgə işçi qrupların yaradılmasını təklif edib

Bazar ertəsi günü Xocalıda rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında keçirilmiş görüşdə müəyyən işlərin həyata keçirilməsi təklif olunub, Azərbaycan Prezident Adminstrasiyası açıqlayıb:

  • Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılsın və həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilsin
  • Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində səhra hospitalı qurulsun və Azərbaycan və erməni əsilli tibb heyəti birgə səhiyyə xidmətləri göstərsin.
  • Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidməti yaradılsın
  • Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilsin
  • Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvləri Xankəndi şəhəri də daxil olmaqla, ərazidəki müvafiq qurumların nümayəndələri ilə görüşüb fəaliyyət istiqamətlərini müəyyən etsinlər və onların birgə işçi qrupu yaradılsın
  • Qarabağdakı vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərləri təşkil edilsin
  • Bu cür təşəbbüslərə əsaslanan vətəndaş cəmiyyəti dialoqu platforması yaradılsın.

Xankəndinin enerji sistemi Azərbaycanın enerji sisteminə qoşulub

Qarabağ ermənilər

Şəklin mənbəyi, Reuters

Rəsmi Bakı sentyabrın 23-də açıqlayıb ki, Xankəndi şəhərinin enerji sistemi Azərbaycanın enerji sisteminə qoşulub.

Şəhərin elektrik enerjisi indiyə kimi Ermənistandan gəlirdi.

Azərbaycan sentyabrın 19-da 6 vətəndaşının Xocavənd rayonu ərazisində minaya düşərək həlak olmasını “terror aktı” kimi qiymətləndirmişdi və bu hadisənin Qarabağdakı Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini bildirmişdi. Rəsmi Yerevan isə Bakının bu ittihamlarını rədd edərək, Qarabağda hər hansı qoşunun və ya əsgəri birliyinin olmadığını deyib.

Mina partlayışından sonra Azərbaycanın Müdafiə Nazirliyi beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağda “konstitusiya quruluşunu bərpa etmək və təhlükəsizliyi təmin etmək” məqsədi ilə “antiterror tədbirləri” keçirib.

Azərbaycan sentyabrın 20-də Qarabağdakı “qanunsuz silahlıların təslim olduğunu” elan etdikdən sonra “antiterror tədbirlərinin” başa çatdığını bildirib.

Daha sonra Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə rəsmi Bakı arasında baş tutan dialoqda tərəflər reinteqrasiya və humanitar məsələlərlə bağlı müəyyən razılığın olduğunu bildiriblər.

Ermənistan, Azərbaycan, Qarabağ, münaqişə, müharibə, siyasət

Şəklin mənbəyi, Reuters

Azərbaycanın Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacyev BBC-yə bildirib ki, Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər də var.

Onun sözlərinə görə, həmin şəxsləri daha çox təhlükəsizlikləri və sağlamlıqları ilə bağlı məsələlər maraqlandırır.

Qurumun rəsmisi vətəndaşlıqla bağlı müraciət edən erməni əsilli şəxslərin müraciətinə müvafiq qaydada baxılacağını diqqətə çatdırıb.

Prezident İlham Əliyev şənbə günü Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla müzakirələr zamanı Qarabağdakı ermənilərin “bütün hüquqlarının – təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını” bildirib, president.az saytı yazıb.

Azərbaycan hökuməti Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli ilə bağlı işçı qrupu yaradıb, Prezident İlham Əliyev deyib.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəklin mənbəyi, SIRANUSH SARGSYAN