Ermənistana Qarabağdan qaçqınlar gəlir. BBC-nin Qorisdən reportajı

Qarabağ

Nataliya Zotova

BBC, Qoris

Qarabağdan ilk qaçqınlar sentyabrın 24-də, gün günorta olanda Ermənistanla sərhəddə peyda olmağa başladılar.

Axşam onlar Ermənistanın sərhədə ən yaxın Qoris şəhərinə gəldilər.

Mərkəzi Qoris otelinin foyesində qoltuqağaclı qocalar, çamadan, çanta, bağlamalarla ailələr...

Uşaqlar içəri daxil olan kimi rəngbərəng balıqlarla dolu akvariumun ətrafına toplaşırlar.

"Qızıl Xaç" işçiləri əlil arabasında iki qadını maşından düşürür və otelə aparırlar. Məlum olur ki, onlar ana-baladır. “Neçə-neçə illərdir ki, razılaşırlar – və nə? Geriyə dönüş yoxdur”, - deyə onlardan biri "Nə vaxtsa evə qayıtmağa ümid edirlərmi" sualının cavabında deyir.

ermənilər qarabağ erməniləri Dağlıq Qarabağ Ermənistan Azərbaycan

Qoltuqağaclı kişi gileylənir və fəxrlə deyir ki, Qarabağda üç ev tikib, ipotekanı ödəyib, işləyib – 56 illik iş stajı var.

"Bütün həyatımı vətənə vermişəm", - o deyir və əlavə edir, - bundansa, məni öldürsəydilər, daha yaxşı olardı”.

ermənilər

Ermənistanın Baş naziri Nikol Paşinyan bazar günü xalqa müraciətində bildirib ki, ölkə hökuməti “Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlər” hazırlamağa çalışır.

“Lakin bu səylər konkret nəticə verməsə, hökumət Dağlıq Qarabağdan olan bacı və qardaşlarımızı Ermənistan Respublikasında tam qayğı ilə qarşılayacaq”, - o bildirib.

Bu arada Ermənistan hakimiyyəti Paşinyanın oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə biləcəyini bildirib.

qarabağ ermənistan Gorus Qoris

Çantalı qadınlardan biri, Veronika deyir ki, o, artıq iki dəfə qaçqın olub: 2020-ci ildə, 2-ci Qarabağ müharibəsi zamanı evini tərk etməli olub.

Qadın rus sülhməramlılarına təşəkkür edir: atışma başlayanda o, qoca anası və qızı ilə minlərlə başqaları kimi Stepanakert (Xocalı - BBC Azərbaycanca) hava limanına sığınıb və bu günə qədər orada məhz sülhməramlıların müdafiəsi altında oturublar.

Əvvəlcə şaiyələr yayıldı ki, Qarabağdan yalnız qadın və uşaqları buraxacaqlar. Kişilərin çoxu Azərbaycana qarşı vuruşub. Ancaq otelə kişilər də daxil olur: ailələr ataları və ərləri ilə gəliblər.

Oteldən bir neçə məhəllə aralıda yerləşən mədəniyyət mərkəzində "Qızıl Xaç"ın mərkəzi açılıb, burada bütün qaçqınlar qeydə alınır.

ermənilər

Bu arada, Qorisin girişində humanitar yardım daşıyan 19 yük maşını dayanıb.

Sürücülər BBC müxbirlərinə söylədilər ki, onlar iki aydır Qarabağa buraxılacaqları ümidi ilə sərhəddə gözləyirlər və yalnız indi şəhərə qayıdıblar.

Onlar maşınların kuzovlarını açıb təkid etdilər ki, içindəkiləri kameraya çəkək - orada həqiqətən də qənd, makaron, dərman var idi, silah və ya sursat yox.