Əliyev və Paşinyan görüşüb: tərəflər ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər

Şəklin mənbəyi, Azertac
Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər.
Fevralın 4-də Əbu-Dabidə görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan razlılaşıblar ki, bunun üçün imkanlar araşdırılsın.
2025-c ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan görüşdən sonra tərəflər arasında ticarət əlaqələri qurulub: Azərbaycan Ermənistana neft məhsulları göndərib və üçüncü ölkələrdən Azərbaycandan keçməklə Ermənistana taxıl və digər məhsullar göndərilib.
İlham Əliyev və Nikol Paşinyan Vaşinqton görüşünün nəticələrini müzakirə ediblər, Azərtac xəbər verir.
Liderlər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərindən məmnun olduqlarını deyiblər və razılaşıblar ki, etimad quruculuğu üçün bu tədbirlər genişləndirilsin.
Onlar Tramp marşrutunu da müzakirə ediblər.
Liderlər Zayed Qardaşlıq sülh mükafatını almaq üçün Əbu-Dabiyə gediblər.
Azərbaycan və Ermənistan sülh sazişinin maddələrini razılaşdırsalar da, hələlik onu imzalamayıblar.



























