Bakıdan Xankəndiyə gedən yardım Ağdamda "icazə gözləyir"

Ağdam

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndinə humanitar yardım aparmaq istəyir.

Buna görə də, cəmiyyətin üzvləri Ağdam rayonunda, Rusiya sülhməramlılarının postuna çox yaxın yola, tırlarda 40 ton un gətiriblər.

Bir aydır ki, Ermənistandan Qarabağa göndərilən 400 tonluq humanitar yardımın Laçın yolu vasitəsilə Qarabağa daşınmasına Azərbaycan hökuməti icazə verməyib.

BBC-yə telefonla danışan yerlilərin dediyinə görə, onlara çörək porsiyalarla verilir, ərzaq və əsas ehtiyac məhsulları çatışmazlığı var.

Azərbaycan Laçın yolunun açılması üçün şərt qoyub. Deyir ki, öncə Ağdam-Xankəndi yolu açılmalıdır.

Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev BBC-yə deyib ki, Ağdam yolu açıldıqdan sonra 24 saat içərisində Laçın yolu da açılacaq.

"Yol nə qədər çox olarsa, hər kəs üçün yaxşı olar", o BBC-yə bildirib.