Pezeşkian İsrailin hücumları zamanı "yaralanıb"

Şəklin mənbəyi, President.ir
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İsrailin hücumları zamanı Iran Prezidenti Məsud Pezeşkianın yüngül yaralandığı iddia edilir.
İranın rəsmi Fars agentliyi bildirib ki, bu, iyunun 16-da Tehranda olub.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Həmin vaxt gizli yeraltı obyektdə Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilirmiş.
Agentlik iddia edir ki, İsrailin hücumları obyektin bütün altı giriş-çıxını bağlayıb və havalandırma sistemini zədələyib.
Sığınacağın elektriki də kəsilib.
İddialara görə, həmin vaxt qəza tunelindən qaçarkən Pezeşkian ayağından yaralanıb.
İnqilab Keşikçilərinə yaxın olan agentliyin bu iddiası müstəqil olaraq təsdiqlənməyib. İsrail bu xəbəri açıq şəkildə şərh etməyib.
Ali Milli Təhlükəsizlik Şurası Ali dini lider Ayoltallah Əlİ Xameneidən sonra qərar qəbul edən orqandır.
Ötən həftə Pezeşkian İsraili onu öldürməyə çalışmaqda ittiham edib.
İsrailin müdafiə naziri Israel Katz bunu təkzib edib, deyib ki, onların məqsədi hakimiyyət dəyişikliyi deyildi.
İsrail hücumunun ilk günlərində İranın yüksək vəzifəli hərbçilərini öldürüb.
İsrail İrana iyunun 13-də hücum edib. Bundan sonra iki ölkə arasında qarşılıqlı raket hücumları başlayıb və 12 gün davam edib.
İsrail İranı özünə təhdid sayır, İran bunu təkzib edir.
Video açılmırsa, Youtube kanalımızda izləyin.







