Axirət gününə hazırlaşan britaniyalılar

Peter Stanford böhran baş verərsə gəmidən istifadə etmək fikrindədir.
Şəklin alt yazısı, Peter Stanford böhran baş verərsə gəmidən istifadə etmək fikrindədir.
    • Müəllif, Benjamin Zand
    • Vəzifə, Victoria Derbyshire proqramı

Britaniyada axirət günündən salamat çıxmağı qarşısına məqsəd qoyan adamlar "prepper"lər kimi tanınır ("preparation", yəni "hazırlıq" sözündən).

Bedfordshire qraflığındakı kiçik çay sahilində rezin gəmisini əl nasosu ilə dolduran Peter Stanford özünü "həyat məşqçisi" adlandırır.

Gəmi axirət günündə salamat çıxmaq üçün onun seçdiyi nəqliyyat vasitəsidir .

O, hesab edir ki, qlobal fəlakət 2011-ci ildəki London küçə iğtişaşlarından tutmuş, maliyyə böhranınadək, müxtəlif şəkil ala bilər.

Stanford böhranlı vəziyyət vaxtı gözə görünmədən çayla hərəkət etməyi öyrənir.

O, hesab edir ki, diqqəti cəlb etməmək üçün səyahətin ən yaxşı vaxtı gecədir.

O, sabiq xanımı və oğlu üçün də ayrıca bir gəmi hazırladığını bildirir.

“Ailə üzvlərimin görüşmək üçün razılaşdırılmış yer müəyyən edilib”, - Stanford deyir.

"Preppers"lər üçün mağazadakı silahlar.
Şəklin alt yazısı, "Preppers"lər üçün mağazadakı silahlar.

Onun sözlərinə görə, böhranlı vəziyyətdən salamat çıxmaq barədə ilk dəfə, 20 il bundan əvvəl, iğtişaşlı bölgələrdə xidmət etmiş dostları ilə söhbətlərdən sonra maraqlanmağa başlayıb.

Bedfordshire qraflığında prepperlər üçün xüsusi mağaza fəaliyyət göstərir. Onun sahibi Lincoln Miles-dı. Mağazada radioaktiv maddələrdən tutmuş kimyəvi müdafiə geyiminə kimi müxtəlif mallar satılır.

“Mən mağazanı artan tələbatı nəzərə alaraq açdım", Lincoln Miles deyir. "Hazırda Britaniyadakı prepperlərin sayını müəyyən etmək çətindir. Çünki onlar üzdə olmağa meylli deyirlər. Lakin deyilənə görə, onların sayı artmaqdadır”.

Lincol-nun mağazasında ABŞ konfederatların bayrağı asılıb.
Şəklin alt yazısı, Lincol-nun mağazasında ABŞ konfederatların bayrağı asılıb.

Mağaza divalarlarında müxtəlif bıçaqlar sərgilənir. Onların çoxu qanunsuz sayılır və aşkar edildiyi təqdirdə polis tərəfindən müsadirə oluna bilər.

Burada həmçinin ABŞ konfederat hərəkatının qırmızı-qara rənqli bayrağı asılıb ki, bu da, ağ irqin üstünlüyünü hesab edənlərin rəmzi saylır.

“Biz telefon söhbətlərimizi izləmək cəhdlərinə qarşı mübarizə aparmağı bacarırıq. Çünki hökumət bizi izləməyə çalışır. Heç kimə inanmaq lazım deyil. Böhran vaxtı köməyinizə gələn olmayacaq”, - Miles deyir.

Michael Sanderson YouTube saytında öz təcrübəsilə bölüşür.
Şəklin alt yazısı, Michael Sanderson YouTube saytında öz təcrübəsilə bölüşür.

“Böhran vaxtı yalnız özünə güvən” şüarı Britaniya prepperləri arasında tez-tez səslənir.

Bu arada Hertfordshire meşəsində rast gəldiyim Michael Sanderson mənə üstündə adı yazılmış biçağını göstərir.

Onun sözlərinə görə, böhrandan salamat çıxmağı bacaranlar həm də gözlənilməz vəziyyətlərə də daha hazırlıqlı olur.

“Biz axirət gününə yox, hər an baş verə biləcək vəziyyətlərə hazır olmağa çalışırıq. Tutaq ki, sabah işinizi itirsəniz, necə olacaq? Ailənizi doyunca yedizdirmək üçün pul və ərzağınız çatacaqmı?”.

Michael YouTube saytında öz təcrübəsilə bölüşür.

Kənara pul atıb qənaət edən və ipoteka kreditini 10 il ərzində, erkən ödəyən də prepper sayıla bilər, deyən Michael onun baxışlarına şərik çıxmayanları sadəlövh hesab edir.

“Vəziyyətin nə dərəcədə ani dəyişəcəyini və sivilizasiyanın qəfil çökə biləcəyini dərk etmək vacibdir”.

<italic><bold>Həmçinin izləyin: <link type="page"><caption> Azərbaycanlılar axirət gününə hazırlaşmalı olsaydılar...</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151028_vox_pop_prepping.shtml" platform="highweb"/></link></bold></italic>