Kasetli bomba hücumunda yaralanmış Zamin: "Ağrıdan gecə yata bilmirəm"

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Link açılmasa Youtube-dan izləyin.

Onun üçün sarğısının dəyişdirilməsinə belə dözmək ağırdır.

Zamin Bəndəliyev evindən mağazaya getmək üçün çıxarkən 5 dəqiqə sonra başına gələcəklərdən xəbərsiz idi.

Bərdənin mərkəzinə atılan kasetli bomba nəticəsində yaralanmış Zamin Bəndəliyev 20 gündən çoxdur ki, dözülməz ağrı içindədir.

Zaminin ağciyərinin bir hissəsi də əməliyyatla çıxarılıb.

Ancaq onun bədənində hələ də çıxarılmamış qəlpələr qalıb.

Kasetli sursatın istifadəsi beynəlxalq qanunlarla qadağandır.

Oktyabrın 28-də erməni hərbçilərinin Bərdənin mərkəzinə atdığı raket azı 25 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.

Azərbaycan hakimiyyəti və Beynəlxalq insan hüquqları təşkilatları atılmış raketin kasetli sursat olduğunu bildirir.

Bərdə Azərbaycan Ermənistan Dağlıq Qarabağ Qarabağ münaqişəsi müharibə savaş