Azərbaycan və Türkiyə sosial mediası ANS-in bağlanması haqqında

Şəklin mənbəyi, Other
Son gün ərzində "ANS TV" ilə bağlı ən popyular tweetləri yəqin təəccüblü deyil ki, türkdilli istifadəçilər yazır. Telekanalın yayımının dayandırılması, rəsmi açıqlamaya görə, ABŞ-da yaşayan Fethullah Gülenin TV-də efirə verilməyə hazırlanan müsahibəsilə bağlıdır.
Ən çox paylaşılan tweeti Abdullah Çiftçi adlı istifadəçi yazıb.
"Azerbaycan, FETÖ ilə müsahibə yapan TV Kanalı ANS-in yayınını dayandırıb", @abdullahciftcib tvitləyib.
Bəziləri Gülen tərəfdarlarını FETÖ (Fetthullah Terör Örgütü, yəni Fethullah Terror Təşkilatı) adlandırır.
Jurnalist Furkan Azeri (@furkan_azeri) isə türkcə yazıb ki, Azərbaycanın "ən böyük telekanalı ANS Fetullah Güleni dəstəklədiyi üçün yayını dayaydırıldı".
@ANSTV öz Twitter hesabında sadəcə "Hər şey yaxşı olacaq" yazıb.

Şəklin mənbəyi, Other
Həmin tvitə gələn çoxsaylı cavablardan biri telekanala məsləhət verib: "@ANSTV "ilin adamı"nı ildə bir dəfə yox 6 aydan bir edib İlhama verməlisiniz".
Huffington Post və Al Arabiya üçün yazan jurnalist Mahir Zeynalovun fikrincə bu, "Erdoğanın sərt tədbirlərinin dərəcəsini" göstərir.
"Türkiyənin təzyiqi altında Azərbaycan hərəkət etməli idi", @MahirZeynalov əlavə edib.

Şəklin mənbəyi, Other
Jurnalist Xədicə İsmayılova Facebook-da ANS-in bağlanmasının "qanunsuz" olduğunu yazıb.
"Amma ANS TV-nin rəhbərliyinin özü haqqında, özünü müdafiə edən bu həqiqəti söyləyə bilməməsi də həqiqətdir", o əlavə edib. "Əvvəl canlı yayımı ləğv etdilər, onlar etiraz etmədi. Sonra siyasi xəbərlərə senzura qoydular, onlar etiraz etmədi. Sonra iqtisadi həqiqətlərdən danışma dedilər, xub deyib, susdular. Sonra jek müdirindən yuxarı vəzifə tutana güldən ağır söz demə dedilər, cavab ləbbeyk oldu. Ee, sonra nə oldu? Növbə xarici xəbərlərindir. İndi Türkiyə barədə də danışmaq olmazmış".
Könül Alı adlı Facebook istifadəçisinin fikrincə, İlham Əliyev "Erdoğanlaşmağa başladı".
"İlk ANS e el qatdı ki, onsuzda öz nezaretinde olan telekanallara ders olsun. Birden çaşarlar) Referendium, falan, filan - hele bu başlanğıcdı" - o yazır.
Siz ANS-in efirinin dayandırılması ilə bağlı nə düşünürsünüz? <link type="page"><caption> Facebook</caption><url href="https://facebook.com/BBCAzeri/" platform="highweb"/></link>, <link type="page"><caption> Twitter</caption><url href="https://twitter.com/bbcazeri" platform="highweb"/></link> və ya <link type="page"><caption> VK</caption><url href="vk.com/bbcazeri" platform="highweb"/></link> səhifəmizdə şərhlərinizi bildirin.
Qeyd: Sosial media şərhlərində orfoqrafiyanı olduğu kimi saxlamışıq.



