Trump və Putin görüşü sosial media istifadəçilərinin təsəvvüründə

Şəklin mənbəyi, STARECAT
- Müəllif, Rozina Sini
- Vəzifə, BBC News
Sosial media istifadəçiləri cümə günü Hamburqda baş tutacaq Rusiya və ABŞ prezidentlərinin görüşünü təsəvvür ediblər.
Twitter istifadəçiləri dünyanın iki ən güclü liderlərinin görüşü barədə zarafatlar və redaktə edilmiş fotolar paylaşıblar.
Bugünkü görüş iki ölkə rəhbərləri arasında "emosional rəğbət" fonunda aylar öncə şaiyələrlə müşahidə edilib.
Ötən il Rusiyanın ABŞ seçkilərinə müdaxilə ittihamları və Rusiyanın cənab Trump-ın Demokratların namizədi Hillary Clinton-a qalib gəlməsini qətiyyətlə dəstəkləməsi də söz-söhbətə səbəb olub.
Onların bir-birinə münasibətindən xoşlanmayanlar görüş ərəfəsində cənab Putinin cənab Trump-ı manipulyasiya etməsini əks etdirən obrazlar bölüşüb.

Şəklin mənbəyi, @FILMYSTIC/@THEJETSETER/TWITTER

Şəklin mənbəyi, @TODD_SPENCE/TWITTER
İki liderin saxta öpüşmə fotosu sosial şəbəkələrdə geniş paylaşılır. İstifadəçilər deyirlər ki, Suriya və Ukraynada böhranlara baxmayaraq, bu ikilinin bir-birinə qarşılıqlı anlaşma və bağlılığı var.
Vladimir Putin bu yaxınlarda prezident Trump haqqında danışarkən onun "yenilikçi fikirləri" olan "birbaşa və açıq" şəxs adlandırıb.
Cənab Trump isə rusiyalı həmkarı haqqında indiyə nisbətən əvvəllər eyni dərəcədə xoş sözlər deyib.

Şəklin mənbəyi, @PAULREVERE42/TWITTER




