Eurovision 2017: Sosial media Dihaj-ı bəyənir

Şəklin mənbəyi, SERGEI SUPINSKY/ Getty
Çərşənbə axşamı Ukraynanın paytaxtı Kiyevdə Eurovision Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçirilib.
Azərbaycan təmsilçisi Dihaj yarımfinalda uğurla çıxış edərək şənbə günü keçiriləcək finala vəsiqə qazanıb.
Sosial media istifadəçilərinin əksəriyyəti ifaçıxının çıxışını bəyəndiklərini və qalib olaq üçün şanslarının böyük olduğunu yazıblar.
"Bu ifa mənim top beşliyimdədir. Ümid edirəm yaxşı nəticə əldə edəcək", @AndiTaranik adlı Twitter istifadəçisi yazır.

Şəklin mənbəyi, Twitter
@mari_mirove isə belə sual verir: "Dihaj, niyə bu qədər gözəlsən?"
YouTube-da isə demək olar hər kəs Dihaj-ın çıxışını bəyəndiyini yazır.
"Bu gecənin ən maraqlı çıxışı, mən sənə səs verdim, Azərbaycan! Finalda uğurlar, Yunanıstandan sevgilərlə!", Waldorfdarling adlı istifadəçi yazır.
AtlasUniverse isə Dihaj-ı 1985-ci ildəki Madonnaya bənzətdiyini yazır. "Heç şübhəsiz indiyə qədərki ən yaxşı çıxışlardan biridir. Çox maraqlı mahnı, təkrarolunmaz səhnə nümayişi... O, çox gözəldir", istifadəçi əlavə edir.
RO isə hesab edir ki, Dihaj-ın canlı çıxış zamanı ifası studiya versiyasına çıx yaxındır: "Onun səsi çox yaddaqalandır. Almaniyadan salamlar və uğurlar!"
"Gəlin səmimi olaq, İtaliyadan 1000 dəfə yaşxışıdır. Öpürəm səni Diana, Norveçdən 12 xal!", Julia Johannessen yazır.
Onun ifası Misho Rostomian-ın da xoşuna gəlib: "Hər zaman Azərbaycanın çıxışlarını izləmişəm!.. Uğurlar"
Bəzi Twitter istifadəçilərinin isə diqqətini Dihaj-ın çıxışı zamanı səhələşdirilmiş at obrazı çəkib.

Şəklin mənbəyi, Twitter





