Ankaranın Gülen məktəbləri ilə bağlı tələbini rədd edənlər və etməyənlər

Qırğızıstanın Oş şəhərində də Gülen camaatına bağlı Sebat məktəbi var

Şəklin mənbəyi, TWTTER AYSEYDRM

Şəklin alt yazısı, Qırğızıstanın Oş şəhərində də Gülen camaatına bağlı Sebat məktəbi var
    • Müəllif, Çağıl Kasapoğlu
    • Vəzifə, BBC Türkcə

BBC Türkcədən Çağıl Kasapoğlu yazır ki, Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Ankaranın başqa ölkələrdə olan Gülen məktəblərinin bağlanması çağırışına müxtəlif hökumətlərdən müxtəlif reaksiyalıar gəlib.

Azərbaycan, Somali və İordaniyada “türk məktəbləri” kimi tanınan təhsil ocaqlarını dərhal bağlayıblar, amma Qırğızıstan, İndoneziya, Nigeriya və Keniya Ankaranın çağırışını rədd ediblər.

Sonuncular, Türkiyənin çağırışını ölkələrinin daxili işlərinə qarışılması kimi başa düşdüklərini bildiriblər.

Ümumilikdə isə Gülen hərəkatının 170-dək ölkədə 3 min təhsil ocağı var.

Bu məktəblərin çoxu keçmiş sovet məkanında – Mərkəzi Asiya və Qafqazda, Sovet İttifaqının çökdüyü 1990-cı illərdə yaradılıb.

Çağıl Kasapoğlu yazır ki, əksər ölkələrdə Gülen məktəblərində təhsil səviyyəsinin həmin ölkələrdə milli təhsil səviyyəsindən yüksək olduğu, bu səbəbdən də imkanlı ailələrin uşaqlarını bu məktəblərə göndərdiyi söylənir.

Məqalədə deyilir ki, bir çox ölkələrin Ankaranın çağırışını rədd etməsinin səbəbi də bundadır. Bu ölkələr Gülen məktəblərinin bağlanması ilə öz təhsil sistemlərində boşluq yarana biləcəyindən ehtiyat edirlər.

Ən sərt cavab Qırğızıstandan

Türkiyənin çağırışına ən sərt cavab verən Qırğızıstan olub.

Əvvəlcə Qırğızıstanın Xarici İşlər Nazirliyi bu tələbi rədd edən bəyanat yaymışdı. Lakin bunun ardınca Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu “FETÖ Qırğızıstanda çevriliş edə bilər” məzmunlu bir bəyanat yaymışdı.

Məhz bu bəyanatı artıq Qırğızıstanın prezidenti Almazbek Atambayev “absurd” deyə qiymətləndirmişdi.

Qırğız politoloqlarından İskender Ormon Uulu da söyləyir ki, Çavuşoğlunun bəyanatını onun ölkəsində “gülünc iddia” kimi qarşılayıblar.

“Qırğızıstan çevrilişlər mənasında təcrübəsiz bir ölkə deyildir” – deyib ekspert.

Üstəlik Uulu bildirir ki, bu məktəblərdə oxuyanlar Türkiyəni sevənlər, bu ölkədə ali təhsil almaq istəyənlərdi, lakin təəssüf, bu təhsil olcaqları da siyasət mövzusuna çevrilib.

Qırğızıstan prezidenti Atambayev Türkiyə xarici işlər naziri Çavuşoğlunun “FETÖ Qırğızıstanda da çevriliş edə bilər” bəyanatını “absurd” adlandırıb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qırğızıstan prezidenti Atambayev Türkiyə xarici işlər naziri Çavuşoğlunun “FETÖ Qırğızıstanda da çevriliş edə bilər” bəyanatını “absurd” adlandırıb

Türkiyə hökumətinin Fethullah Gülen məktənlərinin bağlanması tələbini rədd etmiş ölkələrdən biri də İndoneziyadır.

Burada da hesab edirlər ki, təhsil siyasi intriqalara qurban verilməməlidir.

Somali bağladı, Somalilend bağlamadı

Türkiyənin çağırışına müsbət cavab verən ölkələrdən biri də Somali olub.

Çağıl Kasapoğlu yazır ki, bunun məntiqlə izah olanacaq səbəbləri var. Bunlardan biri də Türkiyənin, xüsusilə də AKP hökumətinin Somaliyə yatırdığı investisiyalardır.

Erdoğan 2011-ci ildə, son 20 il xaric, bu ölkəyə səfər edən yeganə əcnəbi dövlət başçısı olub.

Eyni zamanda heç bir ölkənin tanımadığı Somalilend Gülen məktəblərini bağlamaq tələbini rədd edib.

Türkiyədə Tələbə Gənclər Birliyinin antifethullahçı aksiyası

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Türkiyədə Tələbə Gənclər Birliyinin antifethullahçı aksiyası

BBC Somali xidmətindən Abdi Bidhaan Dahir deyir ki, bunun səbəbi çox sadədir: Türkiyə Somaliyə yatırdığı investisiyaları Somalilendə yatırmayıb.

Dahir bildirir ki, Somalilend hazırda heç bir ölkə tərəfindən tanınmır və buna görə də hər hansı əcnəbi təşkilatın gəlib orda iş görməsi yerli hökumət üçün çox mühümdür.

Lakin Somalidən fərqli olaraq Ankaranın tələbini Keniya da rədd edib.

Bəzi ölkələrdə səfirliklərdən əvvəl Gülen məktəbləri açılıb

Fethullah Gülen hərəkatının məktəblərinin böyük bir qismi əsasən Afrika, Mərkəzi Asiya və Qafqaz olmaqla 1990-cı illərdə qurulmağa başlayıb.

Çağıl Kasapoğlu yazır ki, bir çox ölkələrdə bu məktəblər Türkiyənin səfirliklərindən əvvəl açılıb.

Çevriliş cəhdinin ardınca “Demokratiya növbətçiliyi” aksiyaları keçirilib

Şəklin mənbəyi, epa

Şəklin alt yazısı, Çevriliş cəhdinin ardınca “Demokratiya növbətçiliyi” aksiyaları keçirilib

Hazırda təqaüddə olan diplomat Ünal Çeviköz deyir ki, bu məktəblərin, xüsusən də dağlılmış SSRİ məkanında Türkiyənin nüfuz qazanmasında önəmli rolu olub.

Keçmiş səfir bildirir ki, o vaxtlar bu ölkələrin əksəriyyətində hələ Türkiyə səfirlikləri yoxdu.

Çeviköz bunu da vurğulayır ki, bu məktəblərə əsasən imkanlı və elitar ailələr, hətta hakim ailələr uşaq verirdilər.

Elita yetişdirən məktəblər

“Mərkəzi Asiyada İslam missionerləri – Fethullah Gülen məktəbləri” adlı kitabın müəllifi, siyasətşünas Bayram Balcı bildirib ki, Gülen məktəbləri artıq 25 ildir Mərkəzi Asiya, Qafqaz və Afrikada keyfiyyətli təhsil verir və indi onların bağladılması o qədər də asan olmayacaq.

Gülen hərəkatının 170 ölkədə 3 min məktəbinin olduğu düşünülür

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Gülen hərəkatının 170 ölkədə 3 min məktəbinin olduğu düşünülür

Ekspert həmçinin bildirir ki, bu məktəblərə xaricdə Türkiyənin zərif təsir qüvvəsi kimi baxılırdı. Üstəlik bu məktəblərin xaricdəki nüfuzu Türkiyədə hakimiyyətə AKP-nin gəlməsi ilə daha da artmışdı və bu məktəblərin məzunlarına, Gülenlə Erdoğanın arası dəyənə qədər imtiyazlı münasibət vardı.

Başqa ölkələrdə çevriliş edə bilməzlər

Çağıl Kasapoğlu belə bir sual edir: Bəs görəsən Mevlüt Çavuşoğlunun “FETÖ Qırğızıstanda da çevriliş edə bilər” bəyənatı nə dərərəcədə inandırıcıdır?

Bu suala da politoloq Bayram Balcı cavab verir və bildirir ki, bu, mümkün deyildir.

“Gülen camaatının Türkiyədəki nüfuzu başqa, digər ölkələrdə bir başqadır”.

Ekspetin fikrincə Gülen hərəkatının Türkiyədə güclənməsinə AKP-nin, Erdoğanın özü rəvac verib.

Fethulllahçılar müxtəlif dövlət təsisatlarına hökumətin dəstəyi ilə sirayət edə biliblər.

Balcı bildirir ki, başqa ölkələrdə fethullahçılara belə bir imkan verilməyib.