Türkiyə: ali təhsil işçilərinin xaricə getməsinə qadağa

Şəklin mənbəyi, EPA
Türkiyə müvəqqəti olaraq bütün ali təhsil müəllimlərinə xaricə səfər etməsinə qadağa qoyub, rəsmilər bildirir.
Keçən həftə baş vermiş çevrilişə cəhdlə bağlı Türkiyə hökuməti tərəfindən <link type="page"><caption> ən az 50000 insan saxlanılıb, istefaya göndərilib ya da işdən çıxarılıb</caption><url href="http://www.bbc.com/azeri/region/2016/07/160720_turkey_coup_detained" platform="highweb"/></link>.
Onların arasında 21000 müəllim də var.
Prezident Recep Tayyip Erdoğan paytaxt Ankarada milli təhlükəsizlik şurasının və kabinetin görüşünü keçirir.
Həmçinin oxuyun:
- <link type="page"><caption> Çevriliş cəhdi Türkiyəni iflic edə bilərmi</caption><url href="http://www.bbc.com/azeri/analysis/2016/07/160719_turkey_plot_analysis" platform="highweb"/></link>?
- <link type="page"><caption> Təhlil - Türkiyə azərbaycanlılar üçün artıq əvvəlki Türkiyə deyi</caption><url href="http://www.bbc.com/azeri/analysis/2016/07/160718_turkish_coup_rashad_shirin" platform="highweb"/></link>l
Cənab Erdoğan cümə günü baş vermiş çevriliş cəhdindən sonra ilk dəfədir ki, paytaxta gəlib.
İndiyə qədər 1577 universitet dekanı, 21 000 müəllim və 15 000 təhsil nazirliyinin işçisi istefa etməli olub.
Çevriliş cəhdinin uğursuz olması aydınlaşan kimi sərt tədbirlərə start verilib. İlk olaraq təhülkəsızilk qüvvələri, daha sonra isə bütün vətəndaş infrastrukturunda bu cür addımlar həyata keçirilib.
Türkiyənin bildirdiyinə görə, təhsil sektorunda təmizlənməyə səbəb ABŞ-da yaşayan din xadimi Fethullah Gülenin tərəfdarlarını aşkara çıxarmaqdır.
Cənab Gülen çevriliş cəhdini təşkil etməkdə ittiham edilir.
Din xadimi <link type="page"><caption> ittihamları rədd edir</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/07/160718_fetullah_gulen_interview" platform="highweb"/></link>.




