Rusiya regionları tənəzzül içərisində

Şəklin mənbəyi, RIA Novosti
Rusiya Ali İqtisad Məktəbinin (AİM) ekspertləri böhranın bölgə iqtisadiyyatlarına təsirini təhlil ediblər.
"Dövlət və biznes haqqında şərhlər” bülleteninin sonuncu buraxılışında sənaye, ticarət, inşaat və xidmət sektorunda yaranmış vəziyyət nəzərdən keçirilir.
Hesabat müəllifləri bu sahələrdəki inkişafı dəyərləndirmək üçün Regionların İqtisadi Fəallıq indeksini (RİF) tətbiq ediblər.
May ayında Rusiya iqtisadiyyatının ümumi indeksi 42 faiz təşkil edib. Bu, fəallığın azalması və tənəzzül proseslərinə işarə edir.
Ən çətin vəziyyət pərəkəndə ticarət sahəsində yaranıb, hesabatda deyilir.
Tənəzzülün olmadığı yeganə bölgə 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımdır.
İqtisadi fəallığın yüksək olduğu ərazilərə mərkəzdəki Leninqrad , Penza və Belqorod bölgələri aid edilib.
Ən üstün göstəricilər isə iri şəhərlədə müşahidə olunur: Moskva və Sankt-Peterburqun fəallıq indeksi 60 faizə yaxındır.
Rusiya üzrə ən aşağı fəallıq göstəriciləri Qafqaz və Ural federal dairələrində qeydə alınıb. Bu bölgələrdə tənəzzül iqtisadiyyatın bütün sektorlarını əhatə edir, AİM mütəxəssisləri tərəfindən hazırlanan bülletendə deyilir.




