İranın “Instagram modelləri” həbs edilib

Instagram başda olmaqla, internet üzərindən modellik edən 8 nəfər “İslami olmayan” şəbəkələrə çalışdığı iddiasıyla həbs edilib, İran dövlət televiziyası xəbər verir.
Tehran Kibercinayətkarlıq Məhkəməsi sədrinin dövlət televiziyasında verdiyi açıqlamaya görə, həbslər iki ildir davam edən “Hörümçək II” adlı gizli əməliyyat çərçivəsində həyata keçirilib.
Əməliyyatda internet üzərində hicab olmadan şəkil paylaşan şəxslər hədəf alınıb.
Baş örtüsü İranda 1979-cu il İslam İnqilabından sonra məcburidir.
Əməliyyat nəticəsində 59 fotoqraf və qrim ustası, 58 model, 51 moda salonu rəhbəri olmaqla 170 nəfər və iki təşkilat müəyyən edilib.
Məhkəmə Sədri Cavad Babaeyinin sözlərinə görə, İranda Instagrama axışın 20 faizini modellik agentlikləri və modellərin paylaşdıqları fotolar təşkil edir.
Əməliyyatda 8 nəfərin həbsi ilə yanaşı, 21 nəfər haqqında da iddia irəli sürülüb.
Dövlət televiziyasında cənab Babaeyinin açıqlamasından öncə, keçmiş model Instagramda fotolarını paylaşaraq pul qazandığını etiraf edib.
Facebook, Twitter və YouTube-dan fəqrli olaraq istifadəsi qadağan olunmamış Instagram İranda çox məşhurdur.
<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> İran - qadın turistlər hicaba müharibə elan ediblər</caption><url href="http://www.bbc.com/azeri/region/2016/04/160411_iran_tourists_hijab_protest_pictures" platform="highweb"/></link>




