Çeçenistan liderinin tənqidlərindən sonra Ali Məhkəmənin sədri istefa verib

Ali Məhkəmənin sədri prezidentin tənqidlərinin haqlı olduğunu bəyan edib

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Ali Məhkəmənin sədri prezidentin tənqidlərinin haqlı olduğunu bəyan edib

Çeçenistan Ali Məhkəməsinin sədri Maqomed Karatayev bəyan edib ki, respublika rəhbəri Ramzan Kadırovun tənqidlərindən sonra könüllü istefa verib.

Yerli televiziya ilə müsahibəsində o bildirib ki, Kadırovun tənqidləri əsaslıdır və “buraxılmış kobud səhvlərə” görə üzr istəyir.

Cənab Karatayev həmçinin respublikanı tərk etmədiyini və hər hansı təzyiq hiss etmədiyini bildirib.

Ramzan Kadırov mayın əvvəlində bildirmişdi ki, Karatayev və digər üç hakim istefa verməlidirlər. Prezident onları ziddiyyətli qərarlar verməkdə və cinayət işlərini uzatmaqda ittiham etmişdi.

“Novaya qazeta” onun ailəsilə birgə respublikanı tərk etdiyini yazmışdı.

Cənab Karatayev 2013-cü ilin 23 may tarixində altı illik Çeçenistanın Ali Məhkəməsinin sədri təyin edilmişdi.

Bundan əvvəl o, Dağıstanın Xasavyurt rayon məhkəməsinin sədri olub.