Krım-tatar Məclisini Krımda qadağan etmək istəyirlər

Şəklin mənbəyi, RIA Novosti
Rusiya tərəfindən ilhaq edilmiş Krımın Ali Məhkəməsində cümə axşamı Krım-tatar Məclisinin ekstremist təşkilat tanınması və Rusiya ərazisində onun fəaliyyətini qadağan edilməsi işi üzrə dinləmələr başlayır.
Məhkəmənin ilk iclası martın 3-də keçirilib, lakin Məclis nümayəndələrinə Krım Prokurorluğu tərəfindən işə əlavə edilmiş altı yüzdən çox səhifədən ibarət dəlillərlə tanış olmaq üçün işin araşdırılması bir həftəlik təxirə salınmışdı.
Məclis sədrinin müavini Nariman Celəlov BBC müxbirinə deyib ki, vəkillərlə birlikdə əlavə vaxt istəyəcək, çünki prokurorluq bu böyük həcmli işi onlara ötən bazar ertəsi təqdim edib və onun oyrənilməsi üçün daha çox vaxt lazımdır.
Lakin məhkəmənin nə vaxt işin baxılmasına başlayacağından asılı olmayaraq, Nariman Celəlov məhkəmənin qərarı ilə bağlı nikbin xəyallara varmır.
“Biz çalışırıq ki, məhkəmə də bir növ məhkəməyə oxşasın”, - deyə Celəlov Məclisin qadağan olunması qərarın qəbul olunacağını güman edir.
Krım-tatar xalqı Məclisinin hazırkı sədri Refat Çubarova da ondan əvvəlki sədr və krım-tatar milli hərəkatının şəksiz lideri Mustafa Cemilev kimi 2014-cü ildən Rusiyaya daxil olmaq rəsmən qadağan olunub.
Odur ki, Krım prokuroru Natalya Poklonskaya tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində məclisin yeganə nümayəndəsi olaraq Nariman Celəlovun adı göstərilir.
