Ramzan Kadırov: Çeçenistan rəhbəri vəzifəsinə yeni adam lazımdır

Şəklin mənbəyi, Getty
Çeçenistan rəhbəri deyib ki, respublika başçısı vəzifəsində vaxtı başa çatıb və Rusiya hakimiyyəti onun yerinə yeni adam tapmalıdır.
"Bu həddir. Bax Kadırov üçün bu bir həddir”, - NTV telekanalına danışan Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə Çeçenistan komandasında onu əvəz edəcək namizəd tapmaq çətin olmalı deyil.
"Açığını desək, mən işlər görürəm və bu günədək məndə hər şey alınırdı. Hesab edirəm ki, adımı xalqıma qarşı iştifadə etməsinlər deyə dövlət rəhbərliyi mənim yerimə başqasını tapmalıdır. Mənim vaxtım keçdi”.
Bu Ramzan Kadırovun vəzifədən getmək istədiyi barədə ilk bəyanatı deyil.
Bundan əvvəl “RSN” agentliyinə danışan Çeçenistan rəhbəri “missiyasını başa vurduğunu” demişdi.
