Rusiya Türkiyəni Su-24 təyyarəsinə görə təzminat ödəməyə səsləyib

Təyyarənin vurulması ilə bağlı Türkiyənin Rusiyadakı diplomatik nümayəndiliyi qarşısında etiraz aksiyası keçirilib.

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Təyyarənin vurulması ilə bağlı Türkiyənin Rusiyadakı diplomatik nümayəndiliyi qarşısında etiraz aksiyası keçirilib.

Rusiya xarici işlər nazirinin müavini deyib ki, Türkiyə öz hərəkətlərinin düzgün olduğunu demək əvəzinə vurduğu Su-24 təyyarəsinə görə təzminat ödəməlidir.

"Türkiyə rəhbərliyi baş verən hadisəyə görə öz məsuliyyətini danıb, Rusiyanın Suriyadakı qanuni addımlarına qara yaxmaq əvəzinə üzr istəyib, təzminat ödəməli və bu hərəkətlərin gələcəkdə təkrarlanmayacağına dair təminat verməlidir”, - Aleksey Meşkovun sözlərindən RİA Novosti agentliyində sitat gətirilir.

Rusiya diplomatı deyib ki, Rusiyanın hərbi təyyarəsi və onun heyətinə hücum müvafiq nəticə daşıyan “ciddi cinayətdir”.

Aleksey Meşkovun sözlərinə görə faktlar hadisənin əvvəlcədən “Rusiya əleyhinə” hazırlanan aksiya olduğunu göstərir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan baş verən hadisəyə görə təəssüfləndiyini desə də üzr istəməyəcəyini bildirib.

Ankara "hava sərhədini pozan" təyyarəni vurmağa haqqı olduğunu vurğulayıb.

Moskva Su-24-ün Suriya üzərində vurulduğunu bildirir. Hadisədən sonra Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalarını elan edib.