Dopinq qalmaqalı yüngül atletikanın "kitabını bağlaya" bilərmi?

WADA-nın iddiasına görə, dopinq qəbul etmək istəməyən rusiyalı idmançılar hədələrə məruz qalıb.
Şəklin alt yazısı, WADA-nın iddiasına görə, dopinq qəbul etmək istəməyən rusiyalı idmançılar hədələrə məruz qalıb.
    • Müəllif, Ben Sutherland
    • Vəzifə, İdman icmalçısı, BBC

"İctimai fikirdə idmanın bütövlükdə korrupsiyaya uğraması rəyi özünə yer eləməkdədir" hökmü amansız səslənir.

Bu fikri Ümumdünya anti-dopinq agentliyinin keçmiş prezidenti (WADA) Richard Pound söyləyib.

O, yüngül atletikada dopinq və korrupsiya hallarını və həmin hallarda Rusiya idmançıları, məşqçiləri və məmurlarının rolunu araşdırmış WADA müstəqil komissiyasının işinə başçılıq edib.

WADA bildirir ki, Moskva laboratoriyasında 1400 dopinq analizi Ümumdünya antidopinq agentliyinin təftişi ərəfəsində həmin nümunələrin qorunması tələbuinə baxmayaraq məhv olunmuşdu.

Bu qalmaqala Rusiya Federal Təhlükəsizlik Bürosunun da (FSB) qatıldığı qeyd olunub.

WADA hesabatındakı iddiaya görə, dopinq qəbul etmək istəməyən rusiyalı idmançılar hədələrə məruz qalıb.

İlin əsas idman xəbəri FİFA-da korrupsiya qalmaqalı olsa da, yüngül atletikadakı dopinq qalmaqalı öz miqyası və dağıdıcı effektinə görə daha böyükdür.

Yüngül atletikanın düşdüyü böhran, futbolda yaşanan bıhrandan daha dərindir.

Rusiya İdman naziri Vitali Mutko WADA komissiyasının hesabatı ilə razılaşmır.
Şəklin alt yazısı, Rusiya İdman naziri Vitali Mutko WADA komissiyasının hesabatı ilə razılaşmır.

Hər halda futbol matçlarının gedişi zahirən dəyişməyib.

Futbol qalmaqalında FİFA və milli futbol federasiyaların məmurlarının adları hallanıb.

Onlar rüşvət almaqda ittiham olunurlar.

Buna səbəb bir çox ölkələrin dünya çempionatını qəbul etmək arzusu olub.

Lakin yüngül atletika üzrə Rusiya millisilə bağlı qalmaqalda söhbət təkcə "məmurların" ruşvətxorlundan getmir.

Hesabat müəlliflərinə görə, IAAF-ın aparıçı fiqurları Rusiya yüngül atletikasında baş verənləri ört-basdır etməyə kömək ediblər.

Heç kim ağlına belə gətirə bilməzdi ki, korrupsiya IAAF rəhbərliyi dəhlizlərinə gedib çıxa bilər.

Olimpiya Oyunları və futbol üzrə Dünya çempionatı dünyanın ən populyar idman hadisələri sayılır.

Lakin son 6 ay ərzində bu yarışların nüfuzu, həmin nüfuzu qorumalı olanlar tərəfindən ləkələnib.

İndi yüngül atletikanın bir idman kimi nüfuzu, xeyli dərəcədə IAAF prezidenti lord Sebastian Coe-nin baş vermiş qalmaqala necə cavab verəcəyindən asılı olacaq.