Rusiya XİN Suriyada əsgərin öldüyünü təsdiqləyib

Hmeymim hava bazasında Rusiya hərbi personalı yerləşir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hmeymim hava bazasında Rusiya hərbi personalı yerləşir.

Rusiya Müdafiə Nazirliyi Suriyadakı "Hmeymim" hava bazasının ərazisində müqavilə ilə xidmət keçən Rusiya əsgərinin ölməsi faktını təsdiqləyib.

Bu ərazidə Rusiya aviasiyasının bazaları yerləşir.

"Hmeymim hava bazasında texniki mütəxəssis kimi xidmət keçən hərbçi, növbədən sonra istirahət zamanı özünü öldürüb", - nazirliyin bəyanatında deyilir.

Məlumatda ölən hərbçinin adı göstərilmir. Nazirlik deyir ki, ilkin məlumatlara görə, sui-qəsd "qızla şəxsi münasibətlərdə anlaşılmazlıqla bağlı ola bilər".

Bundan əvvəl isə, Conflict Intelligence Team adlı məlumat qrupu oktyabrın 24-də Suriya ərazisində Rusiya hərbçisinin öldürülməsinə dair məlumat dərc etmişdi.

Əsgərlə birgə xidmət keçən hərbçi onun öldüyünü BBC-ə təsdiqləyib və bildirib ki, əsgərin dəfni çərşənbə gününə planlaşdırılır.

Bununla yanaşı onlar bildiriblər ki, 1996-cı il təvəllüdlü əsgərin şəxsi həyatında hər şey qaydasında idi və o, evlənməyə hazırlaşırdı.

Ölən hərbçinin valideynləri Reuters agentliyinə müsahibədə deyiblər ki, özünü öldürmə versiyasına inanmırlar.

Anasının sözlərinə görə, öldüyü gün oğlu ilə telefonla danışıb və "çox xoşbəxt idi, gülürdü".