Ankara partlayışları: Ölümcül basqının arxasında kim dayanıb?

Şəklin mənbəyi, Other

Ankarada ötən şənbə törədilmiş qoşa partlayış onsuz da qütbləşən ölkədəki parçalanmanı daha da genişləndirib.

Türkiyənin baş naziri Ahmet Davutoğlu partlayışı mümkün törədənlərin sırasında əvvəlcə üç başqa qadağan edilmiş təşkilatın adını çəksə də, son çıxışında konkret olaraq İslam Dövləti qruplaşmasının üzərində dayanıb.

Bununla belə, müxalif Xalq Demokratik Partiyası – HDP-nin lideri Selahattin Demirtaş bəyan edib ki, “hökumətin əlləri qana bulaşıb”.

BBC bu iddiaları araşdırmağa çalışıb.

_____________________________________________________________________

"İslam Dövləti"

Habertürk qəzetinin yazdığına görə, partladıcıların tipi və hədəfin seçilməsi dəsti-xətti İslam Dövləti qrupuna daxil “Adıyamanlılar” dəstəsindən şübhələnməyə əsas verir. Qrup adını Türkiyənin cənub-şərqindəki Adıyaman şəhərindən götürüb.

Əgər İD-nin məsuliyyəti isbat edilərsə, burada təşkilatın bir aksiya ilə iki məqsədə çatmaq istədiyi güman ediləcək.

Birinci məqsəd kürdləri vurmağa xidmət edə bilərdi, çünki həm İraq, həm də Suriyada kürdlər İD-ə qarşı döyüşürlər.

İkinci məqsıd isə hökuməti vurmaq ola bilərdi, belə ki, hökumət bu yaxınlarda ABŞ təyyarələrinə İD-nin Suriya və İraqdakı ərazilərinin bombardman edilməsi üçün strateji İncirlik hərbi hava bazasından istifadə icazəsi verib.

Türkiyənin özü də İD mövqelərini havadan raket atəşlərinə tutub və Suriya ilə sərhədlərini möhkəmləndirib. Beləliklə, İD döyüşçülərinin sərhədi keçmələri xeyli çətinləşinb. Bundan başqa, Türkiyə hökuməti ölkə daxilində yüzlərlə İD rəğbətlisini həbs edib.

Lakin İD bu aksiya üçün məsuliyyəti hələlik öz üzərinə götürməyib, hərçənd qruplaşmaya rəğbətli sosial media saytlarından biri partlayışları alqışlayıb.

İD ötən iyul ayında Suriya ilə sərhəddə törədilmiş bomba partılayışı üçün də məsiliyyəti öz üzərinə götürməyib, halbuki hökumət o partlayış üçün də İD-ni məsul bilir.

O vaxt Suruc məntəqəsində törədilmiş partlayış 30 gənc fəalın həyatına son qoymuşdu. Partlayış törədilən bu yığıncaqda fəallar Suriya ərazisindəki qonşu Kobane şəhərinin yenidən qurulması məsələsini müzakirə edirdilər. Bu partlayışın törədilməsində Adıyaman şəhərindən olan 20 yaşlı etnik kürd şübhəli elan edilib.

Türkiyə bölgədəki kürd ambisiyalarının qarşısını almaq məqsədilə İD-in fəaliyyətinə üstüörtülü dəstək verməkdə ittiham edilib.

Həmçinin oxuyun:

<italic><link type="page"><caption> Baş nazir Ankara partlayışlarına görə İD-ni ittiham edib</caption><url href="http://www.bbc.com/azeri/region/2015/10/151012_turkey_pm_blames_id.shtml" platform="highweb"/></link></italic>

<italic><link type="page"><caption> "İslam Dövləti" nədir?</caption><url href="http://www.bbc.com/azeri/international/2014/09/140904_islamic_state_explainer" platform="highweb"/></link></italic>

Şəklin mənbəyi, Reuters

_____________________________________________________________________

Kürdüstan İşçi Partiyası (PKK)

Ankara partlayışlarının dərhal ardınca çıxış edən baş nazir Ahmet Davutoğlu, bu miqyasda basqın aktını törədə biləcək dörd təşkilatın adını çəkmişdi. Bunların arasında PKK də vardı.

Bəzi millət vəkilləri bildirirlər ki, bu partlayışdan kimin daha çox fayda götürə biləcəyi məsələsinə diqqət yetirilməlidir.

Lakin müşahidəçilərin fikrincə, PKK çox sayda HDP tərəfdarının qatıldığı yürüşə basqın etmək istəməzdi.

PKK Türkiyə hökumətinə qarşı 1984-cü ildən bəri mübarizə aparsa da, 2013-cü ildə atəşkəs elan etmiş, partiyanın həbsxanada olan lideri Abdullah Ocalan isə döyüşçülərinə Türkiyəni tərk etmək əmri vermişdi.

PKK

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Ankara qurbanlarının yad edilməsi məqsədilə PKK yeni atəşkəs elan edib

Lakin Suruc partlayışının ardınca atəşkəs pozulub. PKK bu partlayışın qarşısını almadığına görə təhlükəszilik orqanlarını ittiham edib.

Bundan sonra PKK Türkiyə təhlükəsizlik qüvvələri üzərinə bir neçə ölümcül basqın edib, Türkiyə ordusu isə PKK-nın İraqdakı və ölkə daxilindəki mövqelərinə raket zərbələri endirib.

Şənbə günü PKK Ankara partlayışlarında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq atəşkəs elan edib. Lakin Türkiyə hökuməti bu təklifi rədd edərək bildirib ki, PKK üzərinə zərbələr davam etdiriləcək.

Son 30 ildə PKK və Türkiyə dövləti arasında gedən döyüşlərdə 40 min nəfər həlak olub.

<italic><link type="page"><caption> Həmçinin oxuyun: Kürdlər kimdir?</caption><url href="http://www.bbc.com/azeri/international/2014/10/141023_who_are_kurds" platform="highweb"/></link></italic>

_____________________________________________________________________

Solçu təşkilatlar

Cənab Davutoğlu həmçinin iki davakar sol təmayüllü təşkilatın da adlarını şübhəli qismində çəkmişdi: İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Kommunist Partiyası (MLKP).

Bu halda da müşahidəçilər bildirirlər ki, bu iki təşkilat partlayış törədilməsində maraqlı olmamalıydı, çünki yürüşdə əsas etibarilə sol təmayüllü insanlar iştirak edirdilər.

Bu iki təşkilatın belə böyük miqyaslı basqın həyata keçirmək tarixçəsi olmasa da, keçmişlərdə, məsələn DHKP-C ABŞ diplomatik missiyalarına hücumlar edib.

Məsələn, bu təşkilat İstanbuldakı ABŞ baş konsulluğuna basqının arxasında özünün dayandığını bildirib. Bundan əvvəl qrup həmçinin Ankaradakı ABŞ səfriliyinə hücum üçün məsuliyyəti öz üzərinə götürmüşdü.

Belə düşünülür ki, bu qrupun üzvləri İD rəğbətlilərinin zərərsizləşdirilməsi kampaniyasının əsnasında həbs ediliblər.

Partlayışlar Türkiyədəki siyasi gərginliyi artırıb
Şəklin alt yazısı, Partlayışlar Türkiyədəki siyasi gərginliyi artırıb

Daha kiçik təşkilat olan MLKP Suriyaya kürdlərlə birlikdə vuruşmaq üçün könüllüləri göndərib. 2004-cü ildə NATO sammiti ərəfəsində İstanbulun avtobus dayanacağında törədilmiş intiharçı bomba basqını üçün də məsuliyyəti bu təşkuilat öz üzərinə götürüb. Həmin hücum zamanı üç nəfər həlak olmuşdu.

_____________________________________________________________________

Dərin dövlət

Kürdyönlü HDP-nin lideri Selahattin Demirtaş Ankara partlayışlarından sonra bəyan edib ki, “hökumətin əlləri qana bulaşıb”. O hökuməti Suruc partlayışına və HDP-nin iyun ayında keçirilmiş yürüşünə bomba basqınını tam araşdırmamaqda ittiham edib.

Bu hadisə zamanı polislərdən heç birinin həlak olmaması və əksinə onların yaralıların xəstəxanaya aparılmasına maneçilik törətməsi böyük mübahisəyə səbəb olub.

BBC-nin Ankaradakı müxbiri Mark Lowen bildirir ki, bütün bunlar hadisədə “dərin dövlət” kimi tanınan təşkilatların iştirakı barədə şübhələr doğurub.

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Prezident Erdoğan ümid edir ki, onun partiyası noyabr seçkisində parlament çoxluğunu yenidən əldə edə biləcək

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ümid edir ki, təsisçisi olduğu AKP 2002-ci ildən malik olduğu, lakin iyunda keçirilmiş son seçkidə itirdiyi həlledici parlament çoxluğunu yenidən əldə edə biləcək.

Erdoğanın opponentləri onu PKK ilə münaqişəni qızışdırmaq yolu ilə Türkiyə cəmiyyətini qütbləşdirməyə və xaos atmosferi yaratmaqla adamları onun partiyasının təhlükəsizliyə yönəlik platformasını dəstəkləməyə sövq etmək cəhdlərində ittiham edirlər.

AKP həlledici çoxluğu qazanarsa, bu həmçinin Erdoğana öz prezidentlik səlahiyyətlərini artırmaq imkanı verəcək.

Bununla belə, Ankara partlayışlarına görə həm də kəşfiyyat və təhlükəsizlik orqanları tənqid olunur.

Türkiyə Milliyyətçi Hərəkat (MHP) partiyasının lideri Devlet Bahceli deyib ki, “ölkə terrora rəğbətin və xarici siyasətə qərəzli və qeyri-milli yanaşmanın bədəlini ödəyir”.