Erdoğan: "Kürdlərlə sülh prosesi mümkün deyil”

Şəklin mənbəyi, AFP GETTY

Türkiyə hədəflərinə basqınların davam etdiyi bir vaxtda PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil, Türkiyə prezidenti deyib.

Recep Tayyip Erdoğanın bəyanatı Brüsseldə keçirilən NATO ölkələrinin fövqəladə toplantısında Türkiyənin İslam Dövləti qrupu və kürd silahlılarına qarşı hərbi addımları müzakirəsi vaxtı səslənib.

Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb.

Türkiyə ötən həftə ərzində bir sıra hücumlara məruz qalıb.

Ankara Suriya ilə sərhəd bölgəsində "azad zona"nın yaradılmasını istəyir.

turkey

Şəklin mənbəyi, AFP

Əvvəllər İD qrupuna qarşı koalisiya qüvvələrinin kampaniyasına həvəs göstərməyən Türkiyə, hazırda Suriyada yerləşən İslam Dövləti qruplaşmasına və İraqın şimalındakı PKK separatçılarına qarşı reydlərə başlayıb.

Fövqəladə toplantı

Brüsseldə keçirilən görüş Türkiyə tərəfindən çağırılıb. Alyansın tarixində beşinci dəfədir ki, üzv dövlət belə bir görüş istəyir.

Üzv ökələr öz ərazi bütövlüyü və ya təhlükəsizliyi təhlükə altında olarsa belə bir sammit çağıra bilər.

Bu arada Türkiyədə davam etdirilən polis əməliyyatında İslam Dövləti və PKK qruplarına üzv olmaqda şübhəli bilinən 1000-dən artıq adam həbs edilib.

ABŞ və Türkiyə Suriya ilə sərhəd boyu "İD-dən azad zona"nın yaradılması planları üzərində işləyirlər.

Zona daxilində İslam Dövləti qruplaşması ilə yanaşı qanunsuz PKK mövqelərinin hədəflənəcəyi nəzərdə tutulur.

PKK ilə İslam Dövləti qruplarını terrorçu tanıyan Ankara onlar arasında fərq görmədiyini bildirir.

Turkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, "təhlükəsizlik zonasının" yaradılması Suriya qaçqınlarının qaytarılmasına zəmin yarada bilər.

Zərbələr

turkey

Şəklin mənbəyi, Reuters

Ötən həftə Türkiyənin baş naziri Ahmet Davutoğlu Türkiyə təyyarələrinin ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İslam Dövləti qruplaşması və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini deyib.

Bu 2013-cü ildə elan olunmuş atəşkəsdən sonra PKK hədəflərinə ilk həmlədir.

Hücumlar Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba partlayışı və sərhəd bölgəsində silahlılarla atışmadan sonra başlayıb.

PKK separatçıları ötən çərşənbə günü iki türk polisinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Suriya münaqişəzi zamanı Türkiyədə 1,8 milyona yaxın suriyalı qaçqın yerləşdirilib.

1984-cü ildən bəri PKK separatçıları ilə döyüşlərdə 40 minə yaxın insan həyatını itirib.