İD çağırışına hay verən mərkəzi asiyalılar

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Abducalil Abdurasulov
- Vəzifə, BBC News, Almatı
Tacikistan xüsusi xidmətinin keçmiş rəisi Qulmurod Xalimovun İslam Dövləti (İD) qurumuna qoşulduğunu təsdiqləyən video Mərkəzi Asiyada təlaş yaradaraq İD-nin bu bölgə üçün kəsb etdiyi təhlükə barədə diskussiyaları yenidən qızışdırıb.
Bəziləri ehtiyat edir ki, Mərkəzi Asiya Əfqanıstan, İraq və Suriya kimi ölkələrin yolu ilə gedə bilər.
Mərkəzi Asiyadan təxminən 1500-4000 adam Suriyada İD sıralarında döyüşür.
İD-ə qoşulanların çoxu dolanışıq üçün xaricə və əsasən, Rusiyaya yollanmış əmək miqrantları sıralarından səfərbər olunub.
Diskrimansiya, ədalətsizlik və ağır əmək şəraiti Mərkəzi Asiya miqrantlarının İD-ə qoşulmasına münbit zəmin yaradır.
Qulmurod Xalimov öz video müraciətində üzünü birbaşa həmin miqrantlara tutub: "Rusiyada işləyərək siz kafirlərin qullarına çevrilirsiz...Cihad edin, İslam Dövlətinə qoşulun".

Şəklin mənbəyi, BBC World Service
İD sıralarının genişlənməsində həmin video müraciətləri yayan sosial şəbəkələr mühüm rol oynayır.
Həmin şəbəkələr İD təbliğatının yayılmasında effektiv vasitəyə çevrilib.

Şəklin mənbəyi, BBC World Service
Rəsmi statistikaya əsasən, 300-ə yaxın Qazaxıstan vətəndaşı Suriyada silahlılara qoşulub, 350 -Qırğısıstandan, 380 -Tacikistandan.
Onlar Suriyada müxtəlif silahlı dəstələrə qoşulub.
Beynəlxalq Böhran Qrupunun (ICG) Mərkəzi Asiya üzrə direktoru Deirdre Tynan hesab edir ki, İD repressiv rejimlərlə müqayisədə daha cəlbedici alternativ kimi görünür.
"İnsanların İD-ə qoşulmasının əsas səbəbi öz dövlətlərində vəziyyətdən narazılıqlarıdır", Deirdre Tynan qeyd edib.

Şəklin mənbəyi, BBC World Service
Lakin Exeter universitetindən John Heathershaw hesab edir ki, Qulmurod Xalimovun fərariliyinin kütləvi olacağına düşünmək hələ xeyli tezdir.
"Bu addımının digərlər tərəfindən təkrarlanacağı aydın deyil. Bu, hansısa kütləvi prosesin tərkib hissəsi sayılmamalıdr", o, deyib.

Şəklin mənbəyi, BBC World Service
İD-ə təhlükəsinin məhdud olduğunu düşünən digər təhlilçilər isə bu məsələnin region ölkələrinin rəhbərliyi tərəfindən opponentlərini zəiflətmək məqsədilə şişirdildiyini bildirirlər.
Registan.net saytının başçısı Noah Tucker Tajikistanda İD qurumunu aparıcı müxalifət partiyası olan İslam Dirçəliş Partiyasına bağlmaq istiqamətində göstərilən mərkəzləşdirilmiş səyləri qeyd edir.
Tacikistan prezidenti Emomali Rahmon İD-ni "qlobal təhlükəsizliyə risk yaradan yeni bəla" adlandırıb.
Onun sözlərinə görə, İD sıralarında təcrübə keçmiş "gənclər evə dönərkən özlərilə cəmiyyətə qeyri-sabitlik gətirirlər".
Silahlıların retorikası isə bu qorxuları daha da gücləndirir.
"İmam Buxara camaatı" adlı özbək islamçı qrupu yaydığı videoda mahnı vasitəsilə "Şəm (Suriya) azad olunandan sonra Özbəkistana qayıdacağını" söz verib.
Digər videolarda silahlılar "Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ərazilərə dönəcəklərindən" söhbət açırlar.
Qulmurod Xalimov isə öz video müraciətində Tacikistana qayıdanda "asıb-kəsəcəyi" barədə xəbərdarlıq edib.




