Almaniya prezidenti “erməni soyqırımı” dedi

joachim gauck

Şəklin mənbəyi, Getty

Almaniya prezidenti Joachim Gauck Osmanlı Türkiyədə ermənilərin kütləvi öldürülməsini “soyqırım” adlandırıb. Joachim Gauck bu məsələ üzrə Bundestaqda debatlar ərəfəsində bəyanat verib.

Cümə axşamı erməni Apostol Kilsəsi Birinci Dünya Müharibəsi zamanı deportasiya əsnasında həlak olan erməniləri övliyalar sırasına keçirib. Kilsə həmin faciəli hadisələr nəticəsində Ermənistan tərəfindən iddia edilən bir milyon yarım insanı övliyalar sırasına keçirib.

Türkiyə <link type="page"><caption> 100 il bundan əvvəl baş verən</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/04/150422_genocide_q_and_a" platform="highweb"/></link> hadisələrin soyqırım olmadığını və müharibə zamanı münaqişənin bütün tərəflərinin qurban verdiyini bildirir.

Cümə günü ermənilərin kütləvi öldürülməsinin başlanğıcının 100 illiyi qeyd olunur. 1915-ci il aprelin 24-də Osmanlı İmperiyasının hakimiyyəti Konstantinopolda erməni icmasının 200 görkəmli xadimlərini həbs edib.

Berlində kilsədə çıxış edən Joachim Gauck deyib: “Ermənilərin taleyi XX əsrdə bu qədər dəhşətli təzahür olunan kütləvi qırğınlar, etnik təmizləmə, deportasiya və, bəli, soyqırımı tarixində səciyyəvidir”.

Almaniyanın əlaqədarlığı

Joachim Gauck əlavə edib ki, Almaniyanın məsuliyyət payı vardır və “bəzi hallarda erməni soyqırımında əli olub”. Birinci Dünya Müharibəsi zamanı Almaniya Türkiyənin müttəfiqi olub.

Bundestaq 1915-ci ildə başlanmış ermənilərin kütləvi qırğını haqqında qətnamənin mətnini müzakirə etməlidir.

BBC müxbiri Damien McGuinness-in Berlindən verdiyi məlumata görə, həmin hadisələrin şəksiz pislənməsi əvəzinə alman parlament üzvləri heç kəsin xətrinə dəyməmək üçün yayğın və qeyri-müəyyən ifadə olunmuş bir qətnamə müzakirə edəcəklər.