Rusiyalılar din və siyasət mövzusunda zarafatı yersiz sayır

Şəklin mənbəyi, Getty
Rusiyanın VSİOM sosioloji mərkəzin keçirdiyi sorguya əsasən, ölkə vətəndaşları bəzi mövzularda zarafat etməyi düzgün saymır.
Sorğunun suallarına cavab verənlərin 57 faizi “ yasaq olunmuş mövzulara” dini dəyərləri aid edib. Respondentlərin 37 faizi ölkənin tarixinə dair zarafat etməməyə üstünlük verir, daha 25 faiz isə ümumiyyətlə, siyası mövzuya dair zarafat etməməyə çalışır.
Bununla belə, VSİOM sorgusuna əsasən, rusiyalıların 92 faizi yumor hissinə malik olduqlarını zənn edir, yalnız 5 faiz yumor hissi olmadığını etiraf edib.
Respondentlərin 29 faizi isə özlərinin əsl yumorist olduğunu bildirib.
Rusiyanın “Levada” sosioloji mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, rusiyalıların 56 faizi aprelin 1-də yaxınları ilə zarafat etməyi planlaşdırır.
“Levada"ya əsasən, respondentlərin 35 faizi həmin gün zaraft etmək niyyətində deyil.
