Gürcüstan: Novruz şənliklərində Prezident, Baş nazir və Eyyub Yaqubov

Şəklin mənbəyi, Onnik Krikorian

Baharın ilk gününü və Novruzu qeyd etmək üçün Gürcüstanın Marneuli şəhərində etnik azərbaycanlılar bu il də konsert keçiriblər.

Konsertdə ənənəvi Azərbaycan və Gürcüstan musiqisi və rəqsləri nümayiş olunub, Cənubi Qafqazda yaşayan britaniyalı jurnalist Onnik Krikorian xəbər verir.

Şəklin mənbəyi, Onnik Krikorian

Eyyub Yaqubov kimi yerli ulduzlar da tanınmış mahnılarını ifa edib.

Şəklin mənbəyi, Onnik Krikorian

Şəklin mənbəyi, Onnik Krikorian

Marneulidə yaşayan qırğız QHT işçiləri uşaqların üzlərini boyalarla bəzəyib, yaxınlıqda isə güləşmə yarışları keçirilib.

Şəklin mənbəyi, Onnik Krikorian

Şəklin mənbəyi, Onnik Krikorian

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Baş nazir İrakli Qaribişvilinin nadir birgə çıxışı zamanı cənab Qaribişvili Marneuli sakinlərini təbrik edib: "Prezidentin və mənim birlikdə burada olmağımız, Gürcüstanın birliyinin və bizim sizə olan sevgimizin göstəricisidir", o deyib.

Şəklin mənbəyi, Onnik Krikorian

Tədbirdə həmçinin Marneulidə doğulan Zaur Darğallı da iştirak edib. O, Gürcüstanda Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin Kvemo-Kartli bölgəsində nümayəndəsidir.

"Bir neçə Parlament üzvü və müxtəlif nazirliklər həmçinin Prezident və Baş nazirlə birlikdə gəlib", cənab Darğallı BBC Azərbaycancaya deyib. "Bu onu göstərir ki, Novruz Gürcüstanda milli bayramdır və ölkə müxtəlifliyinə görə qürur duyur".

Şəklin mənbəyi, Onnik Krikorian

Gürcüstan prezidenti və Baş naziri şənlikləri başlatmaq üçün Novruz tonqalını birlikdə yandırıb. Novruz Gürcüstanda 2010-cu ildən milli bayram kimi qeyd olunur.

Şəklin mənbəyi, Onnik Krikorian

Marneulidə 20 minə yaxın əhali yaşayır, onların 80 faizi etnik azərbaycanlılardır. Marneuli, əhalisi 500 000 nəfər olan Kvemo Kartli ərazisinin bələdiyyəsidir, bu ərazinin isə 45 faizi etnik azərbaycanlılardan ibarətdir.

Şəklin mənbəyi, Onnik Krikorian

Şəklin mənbəyi, Onnik Krikorian