Peskov Putinin xəstəliyi barədə məlumatların səbəbini yazın gəlməsində görür

Şəklin mənbəyi, Getty

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Vladimir Putinin xəstəliyi və “Rosneft” şirkəti rəhbəri İqor Seçinin istefası barədə məlumatları "yaz kəskinləşməsi" adlandırıb.

“Yazda Günəş çıxan kimi, yazın ətiri gələn kimi, xəstəliklər başlayır”, - Peskovun sözlərindən TASS agentliyi iqtibas gətirir. - Kiminsə xəyalına Seçinin, kiminsə hökumətin istefası gəlir. Kimsə bir neçə gündür ki, televiziyada Prezident Putini görmür. Biz bu kəskinləşmələrə rahat yanaşırıq, verilən sualları təmkinlə cavablandırırıq”.

Vladimir Putin Qazaxıstan və Belarus prezidentlərilə martın 12-13-də keçəcək Astana görüşünün təxirə salınması barədə martın 6-da yayılan elandan sonra ictimaiyyət qarşısına çıxmayıb.

Reuters agentliyi də daxil olmaqla bır sıra KİV-lər Rusiya liderinin xəstəliyi barədə xəbər yayıb.

Nüfuzlu dövlət “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin planlaşdırılan istefası barədə “Nezavisimaya qazeta” nəşrinin baş redaktoru Konstantin Remçukov bildirib.

“Rosneft” istefa ilə bağlı məlumatı təkzib edib.