BMT: minlərlə Tikrit sakini, qisasdan qorxaraq, qaçır

tikrit_fighting_promo

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İraq könüllü döyüşçüləri Tikrit bölgəsində mina sahələrinə görə sürətli həmlə təşkil edə bilmirlər

İraq ordusunun islamçıların əlində olan Tikrit şəhərinə hücumu əhalinin 28 min nəfərdən çoxunun şəhərdən kütləvi qaçışına səbəb olub.

BMT-nin məlumatına görə, qaçqınlar Samarra şəhərinə sarı yollanır, lakin çoxları İraq ordusunun blok-postlarında saxlanılıb.

BMT agentliklərinin humanitar yardımı ilə avtomobil karvanları bu bölgəyə yollanır.

Artıq dördüncü gündür ki, “İslam dövləti” qruplaşmasının cihadçıları tərəfindən ələ keçirilən Tikritin azad edilməsi əməliyyatı davam edir. Əməliyyatda 30 minə yaxın İraq hərbçiləri və şiə könüllüləri iştirak edir.

Onlar cihadçıları mühasirəyə almağa çalışırlar, lakin hələ ötən il iyul ayından qoyulmuş mina və fuqasların partlaması onların irəliləməsini ləngidir.

Hücuma İraq aviasiyası, o cümlədən döyüş vertolyotları kömək edir. Anti-isalam koalisiyasının təyyarələri əməliyyatda iştirak etmir.

Şiə könüllü döyüşçüləri pəncərədən ağ bayraq asanlara dəyməməyi vəd edirlər

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şiə könüllü döyüşçüləri pəncərədən ağ bayraq asanlara dəyməməyi vəd edirlər

Cümə axşamı cihadçılar şəhərin yaxınlığında neft quyularına od vurub, nəticədə əmələ gələn qatı tüstü aviasiya zərbələrinin hədəflərini gizlədir.

İraq generalı Abdul Vahhab Saadi bəyan edib ki, yanan neftin tüstüsü qoşunun şəhərə girməsinə mane olmaz.

Qisas təhlükəsi

Humanitar təşkilatlar sünnilərin əksəriyyət təşkil etdiyi bölgələrdə fəaliyyət göstərən şiə könüllüləri tərəfindən qisas təhlükəsi barədə xəbərdarlıq edirlər.

Əsasən sünnilərin yaşadığı Tikrit şəhər sakinlərinin çoxu onları da şiə könüllülərinin yerli əhaliyə divan tutmaqda günahlandırılan Diyala əyalətindən olan qonşularının aqibəti gözlədiyindən qorxurlar. Könüllü döyüşçülərin özləri bu ittihamları rədd edir.

Şəhəri ələ keçirməyə çalışan şiə dəstələrində Tikrit sakinləri ilə əlaqə saxlayıb onları, əgər pəncərələrindən ağ bayraq assalar, könüllü döyüşçülərin onlara toxunmayacaqlarını çatdırmağa cəhd edən sünni nümayəndələri vardır.

Daha əvvəl şiə könüllü döyüşçülərin liderləri ötən il iyun ayında Tikrit hərbi bazasında əksəriyyəti şiə olan yüzlərlə əsgərin öldürüldüyünə görə qisas almağa and içiblər.

tikrit_smoke

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Geri çəkilən islamçılar şəhər ətrafındakı neft quyularına od vururlar

Çərşənbə günü İraq ordusundakı mənbə BBC-yə bildirib ki, hökumət qüvvələri Tikritlə Kərkük arasında yol üstündə yerləşən Maybdi kəndini ələ keçirib və qonşu neft yataqlarını nəzarət altına alıblar.

Lakin onlar hələ Tikritlə 19 kilometr cənubda yerləşən İD qüvvələrinin təhkim olunduğu əl-Dur şəhəri arasındakı bölgədə cihadçıların müdafiəsini dəf edə bilmirlər.