Sarkisyan Dağlıq Qarabağda "hərbi təlimləri izləyib"

serj_sarkisyan_karabakh

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Azərbaycanın Dağlıq Qarabağ hava məkanını başlı elan etməsinə baxmayaraq, Ermənistan prezidenti Qarabağa helikopterlə gedib

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda Ermənistan və tanınmamış Dağlıq Qarabağ silahlı qüvvələrinin müştərək hərbi təliminin yekun mərhələsini izləyib.

serj_sarkisyan_karabakh

Şəklin mənbəyi, BBC World Service

Ermənistan prezidenti ilə “Birlik-2014” adlı hərbi təlimləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov da izləyiblər.

serj_sarkisyan_karabakh

Şəklin mənbəyi, BBC World Service

Ermənistan prezidentinin mətbuat xidməti Serj Sarkisyanın “hərbi təlim çərçivəsində Qarabağ özünümüdafiə ordusunun hərbi hissələrinə” baş çəkdiyi, hərbi xidmətdə “nailiyyətləri ilə fərqlənən hərbçiləri” mükafatlarla təltif edib.

Müşahidəçilər səfəri noyabrın 12-də ermənilərin Mi-24 helikopterininvurulması ilə əlaqələndirsələr də, Ermənistan səfərin öncədən planlaşdırıldığını bildirib.

Separatçı Dağlıq Qarabağ rəhbərliyi helikopterin ona məxsus olduğunu bildiir.

Lakin bəzi məlumatlara görə, Mi-24 Ermənistan silahlı qüvvələrinə məxsus olub.

Qarabağ hərbçiləri təmas xəttinə yaxın ərazidə vurulmuş helikopterin silahla təchiz olunmadığını bildiriblər.

Azərbaycan helikopterin “hücuma cəhd edərkən" vurulduğunu qeyd edib.

Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında baş verən hadisə nəticəsində üç pilotun öldüyü və vertolyotun yandığı bildirilir.

Olayla bağlı narahatlığını bildirən beynəlxalq qurumlar hər iki tərəfi təmkinli olmağa çağırıblar.