Gülnarə Kərimovanın gizli səs yazıları

Gülnarə Kərimova

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, 42 yaşlı Gülnarə Kərimova tez-tez Şimali Koreya ilə müqayisə edilən ölkənin "qlamur" rəmzi idi
    • Müəllif, Natalia Antelava
    • Vəzifə, BBC News

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova müəyyən müddətdə Orta Asiyanın ən qüdrətli adamlarından biri idi. Lakin BBC-nin əldə etdiyi məxfi səs yazılarında o, yeniyetmə qızı ilə özünə qarşı "itdən pis" rəftarın olunduğunu deyərkən təcili tibbi yardıma ehtiyac duyduğunu bildirir.

Mülayim, vurğu sezən səslə danışanı tanımaq asandır. "Tibbi yardıma təcili ehtiyacımız var... Bu USB kartını ölkədən göndərməyə imkanımız var, hər hansı yardıma görə minnətdar olardıq", Gülnarə Kərimova deyir.

Kartdakı bütün mesajlar ingilis dilindədir. Bu Kərimovanın Özbəkistan daxilindən heç bir kömək gözləmədiyindən xəbər verir.

42 yaşlı Kərimova tez-tez Şimali Koreya ilə müqayisə edilən - dünyanın ən amansız, ən təcrid olunmuş və ən məxfi rejimlərindən birinin "qlamur" rəmzi idi. Amma bu, onun atası, Prezident İslam Kərimovla dramatik və açıq tutuşmasından əvvəl idi.

Martda Kərimovadan aldığım və təsdiq etdiyim məktubda onun və qızının ev dustaqlığı altında yaşadığı bildirilirdi. Bu məktub, bu ay mənə Özbəkistandan xəlvətçə göndərilən səs yazılarına qədər ondan gələn son açıq məlumat idi. Bu səs yazılarında Kərimova deyir ki, onun vəziyyəti kəskin surətdə pisləşib.

Gülnarə Kərimova

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Human Rights Watch nümayəndəsi deyir ki, Gülnarə Kərimovanın haqlarının pozuntusuna gəldikdə problem ondadır ki, yeganə mənbə, Gülnarə Kərimovanın özüdür

"Ev ərazisi hazırda demək olar ki, yüzlərlə kamera və rabitəni tamamilə əngəlləyən xüsusi qurğular əhatə edir. Buna görə mən və qızım ciddi təzyiq altındayıq. Tibbi yardıma təcili ehtiyacımız var", Kərimova səs yazılarının birində deyir.

Mesajlarında o, 16 yaşlı qızı İmam üçün narahatlıqlarını təkarlayır. Kərimovanın oğlu, Oxford Brookes Universitetində oxuyan kiçik İslam Kərimova əsasən İmam uşaqlıqdan əziyyət çəkdiyi ürək probleminə görə həmişə monitorinq cihazını taxmalıdır. İndi isə bu cihaz ondan alınıb və o, hər il keçdiyi müalicə kursundam məhrum olunub.

Gülnarə Kərimova

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Güman edilir ki, cari ilin mart ayında peyda olan bu fotoda Gülnarə Kərimovanın ev dustaqlığı şəraitində yaşaması göstərilir

Kərimov əlavə edir ki, onun anası da cərrahiyə olunmalıdır və bu səs yazıları ötürüləndən sonra mümkündür ki, ana və uşağına yemək belə verilməsin.

Özbəkistanda insan haqları pozuntularının uzun tarixçəsi var. Human Rights Watch təşkilatından Andrew Stroehlein deyir ki, gələn ay onun təşkilatı ölkədə nahaq yerə həbsdə olan onlarla adam haqqında hesabatı dərc edəcək. Bir neçə aydır ki, üstündə işlər gedən bu hesabat "ifadələri üst-üstə düşən bir neçə etibarlı mənbənin məlumatları üzərində qurulub", o deyir.

Amma "Gülnarə Məsələsinə" gəldikdə problem ondadır ki, yeganə mənbə, Gülnarə Kərimovanın özüdür.

Stroehlein Kərimovanın Özbəkistandakı insan haqları vəziyyəti barədə narahatlıqlarını ehtiyatlılıqla qarşılayır, çünki bundan əvvəl on ilə yaxın "Googoosha" kimi tanınan Gülnarə Kərimova ölkənin ən nüfuzlu insanlarından biri idi.

"Əminliklə deyə bilərəm ki, Özbəkistandakı ciddi və sistematik hüquq pozuntularına gəldikdə onun mühüm məlumatlara yüksək səviyyəli keçidi var idi. Bu məlumatları jurnalistlərə və insan haqları qurumlarına ötürməyə onun geniş imkanları olub", o deyir. "O isə bunu etməyib".

Özbəkistanın Londondakı səfirliyi Kərimovanın vəziyyəti və ittihamlar barədə məlumatı şərh verməyib.